11:51 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Bakıya sulu qar yağır

Bakıya yağış və qar gəlir - Proqnoz açıqlandı

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
735 0 0

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var

BAKI, 13 yanvar — Sputnik. Azərbaycanda yanvarın 14-də gözlənilən hava proqnozu açıqlanıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, istirahət günü Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir, gecə və axşam bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bakıya sulu qar yağır
© Sputnik / Murad Orujov

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 3-5, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 771 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Əlaqədar

Paytaxt və bölgələr üzrə hava proqnozu
Sabahkı hava şəraiti ehtiyatlı olmağı tələb edir
İlin ilk tam iş həftəsinin birinci günündə hava sürpriz edəcək
Siçovul təyyarənin havaya qalxmasına imkan vermədi
Xəbərdarlıq: Havanın üzü dönür
Teqlər:
sulu qar, hava proqnozu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, şaxta, yağış

Əsas mövzular