CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi təxirə salındı

© Photo : BNA133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan
Abunə olmaq
175 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus" MMC-yə aid avtobuslar da səhər saatlarından sərnişinlərə xidmət edir

BAKI, 13 yanvar — Sputnik. "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə verilməsi təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib. 

Qeyd edək ki, Mübadilə Mərkəzi bu gün səhər saatlarından başlayaraq sərnişinlərin istifadəsinə verilməliydi. Amma Mais Ağayev bildirib ki, müəyyən texniki məsələlərə görə mərkəzin təhvil verilməsi baş tutmayıb.

Onun sözlərinə görə, Mübadilə Mərkəzinin təhvil verilməsi ilə əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləğv edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi "Dərnəgül" NMM-nə köçürülüb: "Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların "Dərnəgül" NMM-nə hərəkət etməsi təmin olunacaq".

M.Ağayev 175 nömrəli müntəzəm marşrut xətti üzrə "BakuBus" MMC-yə aid avtobusların da səhər saatlarından sərnişinlərə xidmətə başladığını vurğulayıb.

Xəbər lenti
0