CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sərnişindaşımasında əhəmiyyətli dəyişiklik olacaq

© Sputnik / Murad Orujov"BakuBus" MMC-nin avtobusları
BakuBus MMC-nin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 13-ü səhər saatlarından "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək

BAKI, 12 yanvar — Sputnik. Yanvarın 13-ü səhər saatlarından "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla əlaqədar 100, 108, 123,134, 147, 155 (bu xətt yaxın vaxtlarda ləvğ edilərək 108 nömrəli xəttə birləşdiriləcək) marşrut xətlərinin son dayanacaq məntəqəsi "Dərnəgül" NMM-nə köçürülüb. Nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq yaxın vaxtlarda 6,8, 45 və 71 nömrəli marşrut xətti üzrə də avtobusların "Dərnəgül" NMM-nə hərəkət etməsi təmin olunacaq.

Xəbər lenti
0