CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəllim və valideynlərin nəzərinə!

© Photo : REPORTBakı Şəhəri üzrə Təhsil İdarəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul Bakıdakı Məktəb-Lisey Kompleksində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq

BAKI, 11 yanvar — Sputnik. Yanvarın 12-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Qəbul Bakıdakı Məktəb-Lisey Kompleksində (Ünvan: F.Xoyski küçəsi 78) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Xəbər lenti
0