CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlara təcili xəbərdarlıq: O, sizi öldürə bilər!

© Sputnik / Anar MustafayevYaşayış binası, arxiv şəkli
Yaşayış binası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq

BAKI, 11 yanvar — Sputnik. Son zamanlar dəm qazı səbəbi ilə ölənlərin sayı artır. Fövqəladə Hallar Nazirliyi (FHN) bununla əlaqədar olaraq fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhaliyə xəbərdarlıq edib. Sputnik Azərbaycan FHN-ə istinadla xəbər verir ki:

— qaz cihazı saz və standartlara uyğun olmalı;

— cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı;

— havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

— hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

— tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

"Yadda saxlayın: Dəm qazı iysizdir, hiss edilmir. O, öldürücüdür. Ondan zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır" — FHN bəyan edir.

Xəbər lenti
0