CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hoteldən təkzib gəldi: "Ərəb turist otaqda tək olub"

© Sputnik / Murad OrujovBakıda dəyişkən buludu hava
Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırmalar davam etdirilir

BAKI, 10 yanvar — Sputnik. "Ariva" hoteli yanvarın 8-də Bakıda ərəb turistin 311 nömrəli otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, "insident barədə dərhal polisə xəbər verilib və hadisə yerində tibbi ekspertiza aparılıb".

"Mərhum ürək çatışmazlığından vəfat edib, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub" — məlumatda qeyd olunur.

Hotel ərəb turistin otağında xanımların olması barədə məlumatı təkzib edib: "Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub".

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0