07:03 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
63110

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət etmək olar

BAKI, 10 yanvar — Sputnik. Təhsil Nazirliyi vakant iş yeri üçün müsahibə keçiriləcəyini elan edib.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

∙ ərizənin surəti

∙ əmək kitabçasının surəti 

∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədi müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir)

∙ bir ədəd ağ fonda rəngli foto şəkil

∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu (10 yanvar 2018-ci il tarixindən 25 yanvar 2018-ci il, saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Vəzifə: İnformasiya şöbəsi, İcraya nəzarət və statistika sektoru, sektor müdiri

Ştat vahidinin sayı: 1

İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 620 manat 

Qulluq funksiyaları: Nazirlik daxili və tabe qurumlardan toplanılan statistik məlumatlar əsasında elektron bazalar yaradır və həmin məlumatların nazirliyin struktur bölmələrinin fəaliyyətində istifadəsini təmin edir, toplanmış məlumatları təhlil edir və müxtəlif hesabatlar hazırlayır, əmr, sərəncam və digər xidməti sənədlərin icrasına nəzarəti təmin edir, vətəndaşları qəbul edir, hüquqi və fiziki şəxslərin şifahi və yazılı müraciətlərinin müəyyən olunmuş müddətlərdə cavablandırılmasını təmin edir, sektor əməkdaşlarının fəaliyyətini istiqamətləndirir, onlara tapşırılan işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edir; sektorun əməkdaşlarının həvəsləndirilməsi, onlara ixtisas dərəcələrinin verilməsi, fəaliyyətinin qiymətləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə onların vəzifədən kənarlaşdırılması ilə bağlı rəhbərliyinə təkliflər verir; əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə tədbirlər görür.

Qeyd edək ki, müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edə bilərsiniz.

Əlaqədar

Təhsil almaq üçün xaricə üz tutanlar bunun sonrasını da düşünsünlər
Dəyişiklik: Təhsil Nazirliyinə yeni səlahiyyətlər verildi
Ali təhsil ocağı yetim haqqını yeyib
"Ali təhsil heç də həmişə həyatda özümüzü tapmağa kömək etmir"

Əsas mövzular