CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qəribə qəza: Avtomobillər məşhur mehmanxanaya çırpıldı

© Photo : APABakıda iki avtomobil hotelə çırpılıb
Bakıda iki avtomobil hotelə çırpılıb - Sputnik Azərbaycan
Abunə olmaq
"Mercedes” və “London” taksisi toqquşub və hər iki avtomobil maneəyə çırpılıb

BAKI, 8 yanvar — Sputnik. Bakıda iki avtomobil hotelə çırpılıb.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Səbail rayonu Neftçilər prospektində, “Park İnn” hotelinin qarşısında qeydə alınıb. “Mercedes” markalı avtomobil “London” taksisi ilə toqquşub və hər iki avtomobil idarəetməni itirərək hotelin qarşısındakı maneəyə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xəbər lenti
0