CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi quruma müraciətinizə ən geci üç saata cavab veriləcək

© Sputnik / Murad OrujovElektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş
Elektron Gömrük xidmətlərindən istifadə edən vətəndaş - Sputnik Azərbaycan
Abunə olmaq
Dəyişiklik Milli Məclisin plenar iclasında səsə qoyularaq qəbul edilib

BAKI, 8 yanvar — Sputnik. "Turizm haqqında" qanunun 7-1-ci maddəsinə (Turizm vizası) dəyişiklik edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, "Turizm haqqında" qanunun 7-1.6-cı maddəsinə "günü" sözündən sonra ", elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat" sözləri əlavə edilib.

Qatar Airways şirkətinin Dohadakı ofisi - Sputnik Azərbaycan
Qətərdən Azərbaycana viza sürprizi

Təklif olunan variantda deyilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

Mövcud variantda isə deyilir ki, elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində baxılır, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilir. Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndərilir.

"Turizm haqqında" qanunda dəyişiklik "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 761-VQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Dəyişiklik Milli Məclisin dekabrın 29-da keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0