CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağstafada həyətyanı sahədə qumbara aşkar edilib

© Photo : ANAMAРучная граната Ф-1, обнаруженная на территории села Гапанлы Тертерсткого района
Ручная граната Ф-1, обнаруженная на территории села Гапанлы Тертерсткого района - Sputnik Azərbaycan
Abunə olmaq
Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib

BAKI, 7 yanvar — Sputnik. Yanvarın 7-də Ağstafa rayonunun Köçəsgər kəndi ərazisində 1 ədəd F-1 əl qumbarası aşkar olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya həmin ərazidə mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı çəkilmiş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş qumbaranın ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Xəbər lenti
0