CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Papanin"də qeyri-adi oğurluq baş verib

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Şüşəni qırıb marketə girdi, bir anda oranı talayıb çıxdı

BAKI, 6 yanvar — Sputnik. "Rahat" marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə yanvar ayının 3-də gecə saat 04:21 radələrində qeydə alınıb.

Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.

İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanlarının əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0