23:35 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
CƏMİYYƏT
Qısa URL
97 0 0

Birindən üstü şəkilli baş daşı və mərmərdən olan sütunlar, digərlərindən sinə daşı, mərmər üzlüklər oğurlanıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Şamaxıda qəbiristanlıqdan qəbir daşları oğurlanıb. Hadisə rayonunun Yeddi Günbəz qəbiristanlığında qeydə alınıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəbiristanlığın nəzarətçisinin olmaması oğruların işini daha da asanlaşdırıb. Qəbiristanlıqda müxtəlif qəbirlərin ayrı-ayrı hissələri aparılıb. Birindən üstü şəkilli baş daşı və mərmərdən olan sütunlar, digərlərindən sinə daşı, mərmər üzlüklər oğurlanıb. Qəbir sahiblərinə ümumilikdə 1500-1700 manat miqdarında ziyan dəyib.

  • Şamaxı rayonundakı qəbristanlıqlardan birində qəbir daşları oğurlanıb
    Şamaxı rayonundakı qəbristanlıqlardan birində qəbir daşları oğurlanıb
    © Sputnik / Ilham Ahmadov

1 / 7
© Sputnik / Ilham Ahmadov
Şamaxı rayonundakı qəbristanlıqlardan birində qəbir daşları oğurlanıb

Hadisə rayon sakini Babək Mirzəzadənin qəbiristanlığa ziyarətə getməsi zamanı aşkar edilib. Babasının məzarının üstündəki sinə daşının oğurlandığını görən Babək Şamaxı Rayonu Polis İdarəsinə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları bu oğurluğun ilk olmadığı, oxşar hadisənin ötən ilin noyabr ayının 3-də də qeydə alındığını bildiriblər.  O zaman da həmin qəbiristanlıqdan bir neçə qəbir daşları oğurlanıb. Ancaq hadisəni törədən şəxs və ya şəxslər tapılmayıb.

Hələlik oğurluq hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Qəbiristanlıqda dəhşət: bir qəbirdə bir neçə nəfəri basdırdılar
Bakıda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb
Bakıda qəbiristanlıqların "qaynar xətti" varmış
Qəbiristanlıqlarla bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub
Azərbaycanda qəbiristanlıq yandı
Teqlər:
mərmər, baş daşı, Şamaxı, oğurluq, qəbiristanlıq, polis

Əsas mövzular