19:06 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2117 0 0

Yeni il gecəsi Moskvada "oğru sxodkası" keçirilib, orada azərbaycanlı Nadir Səlifovun taleyi müəyyənləşib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Yeni il gecəsi Moskvanın kommersiya müəssisələrinin birinin Bauman küçəsində yerləşən ofisində kriminal avtoritetlər toplaşıb. Bu görüşdə azərbaycanlı "qanuni oğru", 24 oktyabr 2017-ci il tarixində Bakıdakı həbsxanaların birindən azadlığa buraxılmış və Türkiyəyə getmiş Lotu Quli ləqəbli Nadir Səlifovun aqibətinə aydınlıq gətirilib.

Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələrə yaxın mənbələr məlumat verib.

Daha əvvəl Sputnik Azərbaycan məlumat vermişdi ki, Yeni il bayram günlərində Moskvada "oğru sxodkası" keçiriləcək və bura videokörpünün köməyi ilə hazırda Türkiyədə yaşayan kriminal avtoritetlər də qoşulacaq.

Nüfuzlu kriminal avtoritetlərin toplaşacağı Moskva "sxodka"sında 41 yaşlı "boz kardinal" Georgi Giorqadze (Vladimir, "Giya Kutaisski") kiminlə dostluq edəcəyinə aydınlıq gətirəcək. Əgər "Giya Kutaisski" "Lotu Quli"ni seçsə (hansı ki, sonuncu bunu çox arzulayır), Səlifov praktiki olaraq "toxunulmazlıq" statusu əldə edəcək. Çünki "Giya Kutaisski" öz dairəsində "sözübütöv oğru" kimi xüsusi hörmət və nüfuza malikdir.

Georgi Giorqadze
© G.GİORQADZENİN ŞƏXİ ARXİVİNDƏN / XÜSUSİ OLARAQ SPUTNİK ÜÇÜN
Georgi Giorqadze

Xəbərdə həmçinin bildirilirdi ki, Giya Kutaisskinin iştirak edəcəyi həmin "sxodka"da onun etimadını təkcə Lotu Quli deyil, bu yaxınlarda azadlığa çıxmış digər "qanuni oğru"lar — Merab Canqveladze, Badri Koquaşvili (Badri Kutaisski) və Eduard Asatryan ("Osetrin") da qazanmaq istəyir.

Qeyd etmək lazımdır ki, "Giya Kutaisski" heç vaxt səhv buraxmayan oğrulardandır. Onun haqqında deyilənə görə, Giya o qədər ehtiyatlıdır ki, qarın üstündə yeriyir, amma orada heç bir iz buraxmır. Kutaisski sadəcə bir dəfə cibgirlik üstündə həbsxanaya düşüb və cəzasını xüsusi rejimli koloniya olan "Ağ qu quşu"nda çəkib. Onun bura düşməsi oğru kastasındakı gələcək mövcudluğunu təmin edib.

Onun azadlığa çıxmasından dərhal sonra "Lujniki" stadionu yaxınlığındakı restoranda 100 nəfərin iştirakı ilə irimiqyaslı "oğru sxodkası" keçirilib. Burada "Giya Kutaisski" yekdil səslə "qanuni oğru" adı ilə taclandırılıb.

Bütün bunlarla yanaşı, məlum olub ki, Yeni il "sxodka"sında Eduard Asatryanın "qanuni oğru" titulu əlindən alınıb.

Videokörpünün köməyi ilə Giya Kutaisski Lotu Quli ilə əlaqə yaradıb və ondan soruşub ki, onun hazırda Krasnoyarsk həbsxanasında cəza çəkən və 6 aydan sonra azadlığa çıxacaq Badri Koquaşviliyə qarşı iradı varmı? Səlifov cavab verib ki, onun Koquaşviliyə qarşı iradı yoxdur. Giya Kutaisski Səlifova Koquaşvilinin azadlığa çıxmasını gözləməyi tövsiyə edib və söz verib ki, onların görüşünü təşkil edəcək.

"Mən səninlə olacağam" – deyə "boz kardinal" Səlifova bildirib. Uğur Səlifovun üzünə gülsə də, digər kriminal avtoritetlərə arxa çevirib.

Belə ki, bu "sxodka"da "qanuni oğru" titulundan təkcə Asatryan deyil, həmçinin Vladimir Zyatkov (Zyatek) və Artur Qaribyan da məhrum edilib. Yeri gəlmişkən, onlar da görüşdə iştirak ediblər. Onlar Səlifova qarşı səhv hərəkət etdiklərinə görə cəzalandırılıblar. Bu kriminallara bildirilib ki, artıq "oğru" titulundan istifadə etməyəcəklər. Giya Kutaisski sözügedən iki şəxsə (Zyatkov və Qaribyan) qarşı öz arqumentlərini səsləndirib. Onlar da özlərinə haqq qazandırmağa çalışıblar. Amma hər şey onunla başa çatıb ki, Kutaisski Zyatkova şillə vurub və onların hər ikisini qovub.

Onu da qeyd edək ki, hətta nüfuzlu "qanuni oğru" Zaxari Kalaşov (Şakro Molodoy) belə Giya Kutaisskiyə öz hörmətini ifadə edib.

Eyni zamanda, belə bir məlumat da daxil olub ki, 2016-cı ilin avqust ayında İstanbulda qətlə yetirilən kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) klanı Rusiya bazarlarına nəzarəti davam etdirir. Nadir Səlifov isə bu rola iddia etmir. Hətta azərbaycanlı ticarətçiləri özünə tabe etdirməyə belə cəhd göstərmir. Bəzi məlumatlara görə, Səlifov hazırda Türkiyədə qardaşı Müşfiq Səlifovun tikinti biznesinə cəlb edilib.

Əlaqədar

Azərbaycanlı oliqarx Lotu Qulinin həyatını xilas etdi
"Lotu Quli" klanı Rusiya bazarlarına nəzarəti itirir
"Lotu Quli"nin barəsində kimsənin bilmədiyi fakt üzə çıxdı
"Lotu Quli"nin azadlıqda ilk görüntüsü yayıldı
"Lotu Quli"yə qarşı sui-qəsd: Lənkəranskinin qardaşı tutuldu
Teqlər:
tac, kriminal aləm, Lotu Quli, sxodka, qanuni oğru

Əsas mövzular