04:03 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
482 0 0

Bəzi internet resursları ağına-bozuna baxmadan həmin məlumatı tirajlamaqla məşğuldur

BAKI, 5 yanvar — Sputnik. Yanvarın 5-də internet portallarının birində "Aydın Əliyevin işçisinin görünməmiş vəhşiliyi" adı altında gömrük əməkdaşının sərhədi keçmək istəyən insanlarla qarşı kobud rəftarını əks etdirən video yayımlanıb. Sputnik Azərbaycan xəbər verir ki, Dövlət Gömrük Komitəsinin mətbuat xidməti sözügedən video ilə bağlı açıqlama yayıb.

Qeyd edilir ki, videonun 3 cümlədən və müəllifinin adı, soyadı da daxil olmaqla 60 kəlmədən ibarət olan açıqlamasında isə hadisənin baş verdiyi yer, vaxt, gömrükçünün kimliyi, qarşı tərəfin mövqeyi, rəsmi açıqlama, bir sözlə xəbərin əsas ünsürlərindən əsər-əlamət yoxdur. Sadəcə videoyazının Yeni il öncəsi qeydə alındığı bildirilir. Üstəlik, bəzi internet resursları da ağına-bozuna baxmadan həmin məlumatı tirajlamaqla məşğuldur.

Dövlət Gömrük Komitəsi videonu yayan və ağına-bozuna baxmadan tirajlayan qurum və şəxslərin diqqətinə çatdırır ki, bu hadisə 2016-cı ilin noyabr ayında baş verib və hadisədən dərhal sonra gömrük əməkdaşı gömrük orqanlarından xaric olunub. Üstəlik, bu barədə ölkənin aparıcı kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyi də daxil olmaqla ətraflı məlumat yayılıb.

Təqribən 14 ay əvvəl baş verən hadisənin yeni kimi təqdim olunması təəssüfdoğurucu haldır. Əsas işi xəbər olan media qurumları həm də yaydıqları xəbərlərin, məlumatların doğruluğu, qərəzsizliyinə də birbaşa məsuliyyət daşıyır. Görünür, bəziləri üçün bu meyarlar o qədər də əhəmiyyət daşımır. Əks halda xəbərin dəqiqliyini yoxlamaq üçün qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərərdilər.

Bu isə o deməkdir ki, məlumatı yayan xəbər portalı ya bunu sifarişlə həyata keçirir, ya da hansısa jurnalist internetdə qarşısına çıxan videonu işlədiyi qurumun rəhbərinə bilərəkdən və ya bilməyərəkdən yeni kimi təqdim edir, onun xeyir-duasını alır və qarşı tərəfin mövqeyini öyrənməyə ehtiyac görmədən birlikdə cəmiyyəti aldadırlar.

Həmin videonu təqdim edirik:

Əlaqədar

Bu gündən Azərbaycanda yeni gömrük rüsumları tətbiq olunacaq
Gömrükdə videoçəkiliş qadağası gəlir
Gömrükdən bu qədər mal və pul keçirə bilərik, həm də rüsumsuz, xəbərdarlıqsız
Palata Gömrük Komitəsinin fəaliyyətində nöqsanlar aşkarlayıb
Ucuzlaşma olacaq: Bu mallara gömrük rüsumu ləğv edilir
Teqlər:
video, qərəz, münasibət, sayt, Dövlət Gömrük Komitəsi

Əsas mövzular