23:55 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2017 0 0

“Kimsə sizin obyektinizi bu bahənə ilə yoxlaya bilməz”

BAKI, 5 yanvar — Sputnik. "Siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı sahibkarları qorxudurlar. Amma qorxmalı heç nə yoxdur". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook səhifəsində yazıb.

O qeyd edib ki, yeni qanun obyekt (kafe, restoran, çayxana, müxtəlif iş yerləri, mağaza, istehsal sahəsi və s.) sahibləri üzərinə bircə vəzifə qoyub: hər kəsin yaxşı görə biləcəyi lövhələrdə "tütün çəkmək qadağandır" yazısının və ya işarəsinin olmasını təmin etmək.

"Belə yazı və işarədən sonra kimsə sizin obyektinizdə siqaret çəksə, məsuliyyəti yalnız o özü daşıyacaq, sizlik bir şey yoxdur. Siz yalnız həmin elanı və ya işarəni vurmamağa görə məsuliyyət daşıyırsınız (buna görə fərdi sahibkar 400 manat, hüquqi şəxs 1000 manat cərimə oluna bilər). Bir də 18 yaşı çatmayanlara siqaret satmayın, siqareti reklam etməyin, heç kəsə sulu qəlyan təklif etməyin" – deyə hüquqşünas qeyd edib.

“Yeni qanun belə obyektlərdə xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada siqaret çəkilən yer yaradıla bilməsinə imkan verir. Bu necə yer olmalıdır məsələsinə isə Nazirlər Kabineti aydınlıq gətirəcək. Həm də nəzərə alın ki, kimsə sizin obyektinizi bu bahənə ilə yoxlaya bilməz. Buna yoxlamaların dayandırılması barədə qanun icazə vermir” – deyə Ərşad Hüseynov əlavə edib.

Əlaqədar

Onlar yoxlamadan keçməyəcəklər: Polislərin xüsusi kateqoriyası açıqlandı
"Azərenerji" yoxlamadan keçə bilmədi
İbrahimov: “Sahibkarlıq subyektlərində yoxlamalar aparılmalıdır”
Ölkənin qərb girişində yoxlama
Sahibkarlar üçün mühüm xəbər: yeni yoxlama növü tətbiq olunacaq
Teqlər:
hüquqşünas Ərşad Hüseynov, məsləhət, yoxlama, siqaret, qadağa

Əsas mövzular