CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İş stajının azaldılması təklifinə münasibət birmənalıdır

© Sputnik / Vladimir FedorenkoПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Bağırov: "Ölkəmizdə hakimlər və prokurorlar yüksək hüquqi bilikləri ilə seçilirlər və vəkillər də bilikləri baxımından adları çəkilən hüquqşünaslardan az bilikli ola bilməzlər"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. "Vəkilliyə qəbulda iş stajının azaldılmasının tərəfdarıyam. Beynəlxalq təcrübəyə baxanda hazırda Azərbaycanda vəkilliyə qəbul üçün 3 il əmək stajının tələb edilməsi çoxdur".

Vəkillər Kollegiyası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vəkillər Kollegiyasından saxta vəkillərə sərt xəbərdarlıq

Bunu hüquqşünas Azər Nağıyev Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun sözlərinə görə, digər hüquq-mühafizə orqanlarına imtahan verəndə bu qədər staj tələb olunmur: "Düzdür, imtahandan keçdikdən sonra şəxs həmin orqanlarda stajor kimi işləyir, sınaq müddəti olur. Amma vəkillikdə belə hallar olmur və gərək staj olsun ki, vəkil müqavilə bağladığı şəxslərə keyfiyyətli hüquqi yardım göstərə bilsin. Yəni vəkilin ən azı 1-2 il stajı olmalıdır. Hesab edirəm ki, vəkilliyə qəbul üçün 3 il əmək stajının tələb edilməsi çoxdur, ən az 1 il staj tələbi olmalıdır".

Vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasına gəlincə, hüquqşünas deyib ki, test mərhələsi elə də çətin olmur: "Yəni minimum 60 balı toplamayanın vəkil olmasını da doğru hesab etmirəm. Testin hazırlanmasından da çox şey asılıdır. Bəzən məntiqi düşüncə tələb etməyən suallar çoxluq təşkil edir. Bu da vəkil peşəsinə uyğun deyil. Testə daha çox analitik, məntiqi düşünmə qabiliyyəti tələb edən hüquqi suallar daxil edilməlidir".

Vəkil Adəm Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında vəkilliyə qəbul üçün əmək stajının aşağı salınmasının tərəfdarı olduğunu deyib: "Şəxs test mərhələsindən keçirsə, 1 illik əmək stajı bəs edir". 

Milli Məclis sədrinin müavini Bahar Muradova - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var"

Onun fikrincə, keçid balı aşağı salına bilməz: "Çünki vəkilliyə çox savadlı, təcrübəli adamlar gəlməlidir. 2012-ci ildə vəkilliyə qəbul üçün 700-dən çox adam imtahanda iştirak edib. Mən də bu imtahana qatılmışdım. Həmin imtahanda 190 nəfər test mərhələsindən keçmiş, qalanları isə ilkin mərhələdə uğur əldə edə bilməmişdi. Qətiyyən keçid balının aşağı salınmasının tərəfdarı deyiləm. Keçid balını aşağı salaraq vəkillərin sayının artırılması ilə razılaşmıram. Çünki vəkil hakimdən də, prokurordan da savadlı, bacarıqlı olmalıdır".

Hüquqşünas Qanqa İbrahimov da Sputnik Azərbaycan-a açıqlamasında vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı olmadığını, əmək stajının isə azaldılmasının tərəfdarı olduğunu bildirib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı olmadığını bildirib. Bu barədə Kollegiyadan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.

Məlumata əsasən, A.Bağırov deyib ki, ölkəmizdə hakimlər və prokurorlar yüksək hüquqi bilikləri ilə seçilirlər və vəkillər də bilikləri baxımından adları çəkilən hüquqşünaslardan az bilikli ola bilməzlər.

"Belə olan halda müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Eyni zamanda, keçid balının dəyişdirilməsi məsələsi barədə qərar vermək vəkillik haqqında qanunvericiliyin tələbinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin müstəsna səlahiyyətinə aiddir " — A.Bağırov əlavə edib. 

Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu qanun vəkillik fəaliyyətinə ciddi təsir edəcək

Kollegiyanın yeni sədri vəkilliyə qəbulda iş stajı məsələsinə yenidən baxılmasının tərəfdarı olduğunu da vurğulayıb: "Hazırda vəkilliyə qəbul üçün 3 illik iş stajı tələb olunur. Ötən illər ərzində vəkilliyə bir vaxtlar müxtəlif orqanlardan istefaya çıxmış hüquqşünaslar, habelə bu və digər səbəblərdən vəzifədən çıxanlar üz tutmuşlar. Lakin biz əsasən cavan və savadlı hüquqşünasların vəkilliyə üz tutmalarının tərəfdarıyıq".

Xəbər lenti
0