00:24 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
512 0 0

11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır

BAKI, 5 yanvar — Sputnik. "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində işlər yekunlaşıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, metronun "Dərnəgül" stansiyasının ətrafında yaradılan mübadilə mərkəzinin ərazisində asfalt örtüyü və piyada səkiləri təmir olunub, yol nişanları və nişanlanması təşkil edilib, 5 ədəd yeni avtobus dayanacaq pavilyonu quraşdırılıb. Mərkəz istifadəyə verildikdən sonra burada gün ərzində 11 marşrut xətti üzrə 112 avtobusun sərnişinlərə xidmət göstərəcəyi planlaşdırılır. Ərazidə eyni zamanda taksi minik avtomobilləri üçün də duracaqlar müəyyənləşdirilərək nişanlanıb.

Yaxın vaxtlarda istifadəyə veriləcək "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən ətraf kənd və qəsəbələrdən "Azadlıq prospekti" metro stansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd günün pik saatlarında metronun "Azadlıq prospekti" stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Qeyd edək ki, hazırda Bakıda "Koroğlu", "28 May" və "Lökbatan" Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir.

Əlaqədar

Paytaxt sakinlərinə yeni ildə yeni avtobus hədiyyəsi
Ermənistana gedən avtobusun törətdiyi qəzada 5 azərbaycanlı öldü
Yük maşını ilə avtobus toqquşub, azı 30 nəfər ölüb
Turist avtobusu aşdı, ölən və yaralananlar var
Avtobus yeraltı metro keçidinə düşdü: 5 ölü, 15 yaralı
Teqlər:
"Dərnəgül" stansiyası, "Dərnəgül" Nəqliyyat Mübadilə Mərkəzi, Bakı Nəqliyyat Agentliyi, dayanacaq, avtobus

Əsas mövzular