08:01 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
Ruslan Nəbiyev və onun düzəltdiyi velosiped

Məcburiyyət azərbaycanlı gənci ixtiraçıya çevirdi

© Sputnik / Ilham Mustafa
CƏMİYYƏT
Qısa URL
133120

"Satışda orta qiymətə olan velosipedlər dözümsüz, dözümlüləri isə baha olduğundan qərara gəldim ki, özüm uyğununu hazırlayım"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Yevlaxda məskunlaşmış kəlbəcərli məcburi köçkün Ruslan Nəbiyev maraqlı velosiped hazırlayıb. Əsl peşəsi qaynaqçı olan Ruslanın dəmir borulardan istifadə edərək hazırladığı əl işi həm yük götürmə, həm də sürətinə görə müasirlərindən fərqlənir.

Ruslan Nəbiyev və onun düzəltdiyi velosiped
© Sputnik / Ilham Mustafa
Ruslan Nəbiyev və onun düzəltdiyi velosiped

33 yaşlı usta ixtirası barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb: "İş yerim 3 km məsafədə yerləşir. Yolu pis olduğundan gedib-gəlməkdə çətinlik çəkirdim. Satışda orta qiymətə olan velosipedlər dözümsüz, dözümlüləri isə baha olduğundan qərara gəldim ki, özüm uyğununu hazırlayım".

"Yaxınlıqda yerləşən metal qəbulu məntəqəsindən keyfiyyətli dəmirlərdən seçib başladım hazırlamağa. Hərəkətverici hissələrini düzəldərkən "Jiquli" detallarından istifadə etdim ki, bu da ona xüsusi dözümlülük verir" — R.Nəbiyev bildirib.

Ruslan velosipedin şin, pedal və zəncirindən başqa hamısınını özü düzəldib. Təkər diskiləri hazırlamaq üçün 15 mm-lik borunun 1/3 hissəsini çıxararaq əyib. Çıxardığı hissələri isə diskinin möhkəm olmasını təmin edən çubuqlarla əvəz edərək səkkizguşəli, yaraşıqlı bir təkər hazırlayıb.

© Sputnik / Ilham Mustafa
Yevlax sakini maraqlı ixtira edib

Velosiped sürülərkən səkkizguşəli çarx ona xüsusi gözəllik verir. İxtiraçının hazırladığı əyləc sistemi isə daha qeyri-adidir. Belə ki, avtomobil əyləcini xatırladan əyləc, aparıcı zəncir qırıldıqda belə, asanlıqla dayandırıla bilir.

Usta 45 kiloqram çəkisi olan əl işini 550-600 manat müqabilində satın almaq istəyənlərin olduğunu, lakin satmaq istəmədiyini vurğulayıb.

Əlaqədar

Həmyerlimiz maraqlı ixtiraya imza atıb
Xərçəngə və infarkta qarşı inqilabi ixtira
Məşhur olmaq istəyən Yevlax sakinindən qeyri-adi ixtira
Arıqlamaq üçün möcüzəvi üsul ixtira olundu
Ticarəti asanlaşdıran ixtira
Teqlər:
Ruslan Nəbiyev, Yevlax, velosiped, Kəlbəcər

Əsas mövzular