CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbçidən itkin düşmüş alpinistlərlə bağlı ilginc açıqlama

© Photo : FHNQuba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat
Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş hərbçi: İtkin düşən alpinistlərin axtarışları düzgün aparılmır

BAKI, 3 yanvar – Sputnik. İtkin düşən alpinistlərin axtarışları düzgün aparılmır.

Bunu Sputnik Azərbaycan-a adının açıqlanmasını istəməyən keçmiş hərbçi deyib. 

Onun sözlərinə görə, alpinistlərin itkin düşdüyü ərazidə ən yüksək zirvə Şahdağ zirvəsidir. Qeyd olunan ərazidə əsas iki yol var. Amma alpinistlər üçün 4 əlavə çətin yol da var. Həmin ərazilərdə azı 20-30 metr qar olur. Buna görə də itkin düşənləri tapmaq çətinləşir.

Hərbçinin sözlərinə görə, hazırda istifadə olunan axtarış forması düzgün seçilməyib: 

Alpinist - Sputnik Azərbaycan
CƏMİYYƏT
Alpinistlərin rəhbəri: "Onları diri-diri basdırırlar"

“Əvvəlcə itlər və siqnalverici cihazlar vasitəsilə onların olduğu ərazi tapılmalı, sonra oyuqlar qazılmalı, dəmirlərlə qar deşilməlidir. Yoxsa, o boyda böyük ərazini hazırkı metodlarla axtarmaq olmaz”.

Hərbçi deyir ki, əgər alpinistlər qar uçqununa düşüblərsə, onların yaşamaq şansları yoxdur:

“Çünki qar uçqununa düşdükdə, qar durduğun yerdə üstünə tökülmür. Qar hansısa bir məsafədən səni qoparıb qayalara çırpa-çırpa hansısa  bir məsafəyə gətirir”.

Müsahibimizin fikrincə, alpinistlər həmin ərazilərə getməmişdən əvvəl hava şəraitini nəzərə almalı idilər. Həmçinin onları həmin əraziyə buraxan şəxslər də məsuliyyət daşıyır:

“Onların itkin düşdüyü ərazi qoruqdur. Ora Şahdağ qoruğu adlanır. Əslində qoruğa nəzarət olmalıdır. Ora heç bir alpinist lisenziyası olmadan və hava şəraiti imkan vermədiyi halda buraxılmamalıdır. Çünki  bu ərazidə ölüm halları çox olub. Nəzarət olsaydı, təcrübəsiz insanlar ora buraxılmazdı. Təəssüf ki, bizdə buna da nəzarət yoxdur”. 

Alpinist - Sputnik Azərbaycan
İtkin düşmüş alpinistləri axtaran qrup xəbər paylaşıb

Hərbçi xarici təcrübəyə istinad edərək deyib: “Mən İsveçrədə olanda orada qoruğa lisenziya olmadan alpinistlər və ya təcrübəsiz şəxslər buraxılmırdı. Sözügedən əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Laza kəndində isə sərhəd qoşunlarının məntəqəsi var”.

Onun sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün ən azından alpinistlərə əvvəlcədən xəbərdarlıq edilməlidir. Necə ki, balıqçılara dənizə çıxmazdan əvvəl, sürücülərə yollara çıxanda dənizdə, yollarda gözlənilən hava şəraiti barədə xəbərdarlıq edilir. 

Müsahibimiz onu da qeyd edib ki, həmin ərazidə itkin düşmək gülüncdür. Çünki orada hərəkət etmək çətindir. Əgər ərazidə alpinizm üçün marşurut varsa, onlar o marşurutun üzərində olmalıdır.

“Qar uçqununu anladıq. Amma tapılmalı idilər. İtlər tapmalı idi. Orada vəhşi heyvanlar da yoxdur ki,  alpinistlərin onlar tərəfindən parçalanma ehtimalı olsun. Təkcə bir ümid qalır. Həmin ərazidə “Komsomol” adlanan bir aşırım var. Həmin aşırımdan Dağıstana 30 dəqiqəlik məsafədə keçid var. Bəlkə Dağıstana keçiblər, gözləyirlər, hava düzəlsin qayıtsınlar. Amma bu, bir ehtimaldır” – deyə Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib. 

Fövqəladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
HADİSƏ
Nazirlik itkin alpinistlər barədə yeni məlumat yaydı

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatzadə və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. 

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış işlərinə Aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və xüsusi təlim keçmiş itlər cəlb olunub. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlarda iştirak edir.

Bayram günləri olması ilə əlaqədar müvafiq nazirliklərin mətbuat xidmətləri ilə əlaqə saxlamaq  mümkün olmadı. Sputnik Azərbaycan olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Xəbər lenti
0