07:06 17 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0614
  • RUB0.0236
CƏMİYYƏT
Qısa URL
376

Cavad Şahverdi xan oğlu 19 il (1785-1804) Gəncənin xanı olub, Azərbaycanın tarixində vətənpərvər, mərd və cəsur sərkərdə kimi qalıb

BAKI, 3 yanvar — Sputnik. 1804-cü il yanvarın 3-də Gəncə xanı Cavad xan oğlu ilə birlikdə general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub.

Cavad Şahverdi xan oğlu 19 il (1785-1804) Gəncənin xanı olub, Azərbaycanın tarixində vətənpərvər, mərd və cəsur sərkərdə kimi qalıb. 

Çar Rusiyasının Gəncə xanlığını işğal etməsi ilə Azərbaycanın digər xanlıqlarının işğalına da yol açılmış oldu.

Nizami Gəncəvinin mavzoleyi
© Photo : www.yenigence.com

Cavad xan Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. 

Rusiyanın Cavad xan üzərində qələbəyə və Gəncənin işğal olunmasına necə böyük bir diqqət yetirdiyini sadəcə olaraq, bu hadisə ilə əlaqədar buraxılmış təltif və xatirə medalları da sübut edir.

Belə ki, bu və 1827-ci ildə Gəncənin ikinci işğalı münasibətilə gümüşdən "1804-cü ilin 30 yanvarında Gəncənin alınması" döş nişanı və "Gəncənin alınması zamanı cəsarət və igidliyə görə" medalı buraxılmışdı. 1826-cı ildə Gəncənin ikinci dəfə Uğurlu xandan alınması tanınmış medalyer qraf Fyodr Tolstoyun yaratdığı "Yelizavetpol uğrunda döyüş. 1826-cı il." xatirə medalı ilə qeyd olunmuşdu. Şəhərin adı I Aleksandrın həyat yoldaşının şərəfinə Yelizavetpol deyə çağrılmağa başlamışdı.

Əlaqədar

Bu dəfə Gəncə sarsıdıcı ailə faciəsinə səhnə oldu
Abşeronlu gəncə on iki bıçaq vuruldu
Afrikalı gəncə görə ərini və 9 uşağını fəda etdi
İlham Əliyevin Gəncədə haralarda olub – Xronika
Gəncə sakini 18 milyonuncu oldu
Teqlər:
Cavad xan, ölüm, Gəncə, döyüş, işğal

Əsas mövzular