CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vitse-prezident bir çox məsələlərə aydınlıq gətirdi

© Sputnik / Murad OrujovAtıcılıq federasiyasının vitse-prezidenti Rasim Rzayev
Atıcılıq federasiyasının vitse-prezidenti Rasim Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Rasim Rzayev: "Bəziləri iddia edirdi ki, IV İslam Oyunlarında Ruslanın rəqibləri çox zəif idi, ona görə idmançımız qalib gələ bilib"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Hər kəs yola saldığımız ildə göstərdiyi nəticələri gözdən keçirir və qarşıdan gələn il üçün yeni planlar qurur. Bu il ərzində uğurlu nəticələri ilə fərqlənən idman federasiyalarından biri də Atıcılıq Federasiyası oldu. Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev ilin yekunları ilə bağlı Sputnik Azərbaycan-ın suallarına cavab verib.

- Uzun illərdən sonra bu il sizin üçün uğurlu oldu. Bu uğurun davamını qarşıdakı illərdə də gözləyə bilərikmi?

В студии радио Sputnik - Sputnik Azərbaycan
Federasiya prezidenti: “Bakı-2017”yə tam hazırıq

— Bu il bizim Federasiya üçün həqiqətən də uğurlu oldu. İslam Oyunları kimi mötəbər yarışda bu qədər medal qazanmaq bizim üçün sevindirici haldır. Bütün işçilər və rəhbərlik qazanılan uğurlara çox sevinirik. Doğrudur, uzun müddət uğurlarımız az idi. Bu tilsimi qırmışıq və yaxın gələcəkdə daha çox uğurlar ilə hər kəsi sevindirəcəyik. Bunu fərəhlə deməyimə səbəb isə gənc və perspektivli idmançılarımızın yetişməsidir.

- Ruslan Lunyovun ulduzu birdən-birə parladı. Buna münasibətiniz?

— Ruslanın bu gün güclü idmançı olması normaldır. Çünki üzərində Azərbaycanın ən güclü atıcılarından olan İradə Aşumovanın, eyni zamanda atası və məşqçisi Vladimir Lunyovun böyük rolu olub. İllərin böyük zəhməti sayəsində Ruslan bu səviyyəyə gəlib çata bilib.

- Ruslan IV İslam Oyunlarından sonra həm də çox müzakirə olundu, sonrakı yarışlarda ümidləri doğrultmadı…

— Bəli. Bəziləri iddia edirdi ki, IV İslam Oyunlarında Ruslanın rəqibləri çox zəif idi, ona görə idmançımız qalib gələ bilib. Mən bu fikirlə razı deyiləm. İdmanda zəif və güclü idmançı yoxdur. Sadəcə yarışda əsəblərini cilovlayan, səbirli olub, cüzi səhv belə etmədən qalib gəlməyi bacaran idmançı var. Ruslan da yarış boyu buna əməl etdi və qalib gəldi. Bu da idmançıdan peşəkarlıq tələb edir. O ki qaldı digər yarışlarda mükafatçılar arasına düşməməsinə. Düşünürəm ki, yarışların ard-arda keçirilməsi Ruslana psixoloji və fiziki yorğunluq yaratdı və bu dəfə qalib gələ bilmədi. Amma federasiya rəhbərliyi Ruslan Lunyova inanır. Onun yaxın gələcəkdə daha böyük uğurlar qazanacağına əminəm. 2018-ci il sınaq yarışları çox olacaq.

- 2020-ci ildə Tokioda keçiriləcək olimpiadaya gedə biləcək namizədlər var?

— Əli Məcidli, Cəmi Jalə Bayramova, Xəyalə Hüseynli kimi gənc idmançılarımız var ki, onlara ümidimiz çoxdur. Jalə Bayramova pnevmatik tüfəng növündə 9 ay ərzində idman ustasına kimi yüksəlib. Bu da böyük nailiyyətdir. Bu gün Federasiyamızın hədəfi 2020 Tokio Olimpiadası olduğu üçün idmançılar üçün hər cür şərait yaradılıb və ən müasir avadanlıqlarla təmin ediliblər. Ümid edirik ki, idmançılarımız bizi sevindirəcəklər.

Xəbər lenti
0