CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nigar Arpadarai soyadından danışdı: "Bizim nəslimiz..." — MÜSAHİBƏ

© © Foto N.Arpadarai tərəfindən təqdim olunubNigar Arpadarai
Nigar Arpadarai - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri ailəsindən danışdı

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 22 dekabr — Sputnik. Bu il 27-29 aprel tarixində "Formula 1" idman növü üzrə 3-cü Azərbaycan Qran-prisi keçiriləcək. Artıq üçüncü ildir ki, Azərbaycan Qran-prisinin siması olan, jurnalistlərin suallarını daima cavablandıran Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bu dəfə Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

Nigar Arpadarai - Sputnik Azərbaycan
Arpadarai: “Formula 1 yarışlarında könüllülük üçün qeydiyyat başa çatıb”

— İşgüzar xanımsınız. Azərbaycanda keçirilən Bakı "Formula 1"-in simasısınız. Bu qədər işi necə çatdırırsınız?

— Doğrudan da mənim işim çox çətin və məsuliyyətli, o cümlədən stresslidir. Bəzən axşam saatlarına kimi işləməli oluram, yarış öncəsi daha çox həyəcan yaşayıram. Amma bu işi çox sevirəm, evdən sevinclə çıxıb işimə gəlirəm və enerji ilə işləyirəm. Bizim işin nəticəsi sonradan görünür, bir müddət əziyyət çəkəndən sonra nəticəni görmək mənə xüsusi zövq verir. Ona görə də, bu qədər çətinlik mənim üçün qorxulu görünmür. Bir sözlə, işimi sevirəm.

 İşinizlə əlaqədar olaraq tez-tez xarici ölkələrə səfər etməli olursunuz. Ailə, uşaq… bunu necə çatdırırsınız?

— Əlbəttə, işləməyimə baxmayaraq, mənim üçün ailəm hər şeydən önəmlidir. Əsas məsuliyyətim övladlarımla bağlıdır. Doğru söyləyirsiniz, işimlə bağlı iki oğlumu qoyub getmək mənim üçün çətin olur. Böyük oğlum 9 yaşında, kiçik oğlum isə 3 yaşındadır. İndi elə yaşdadırlar ki, onların yanında olub, qayğı göstərməliyəm. Təəssüf ki, işimlə əlaqədar olaraq, bu bir qədər çətin olur. Etiraf etməliyəm ki, mənə həyat yoldaşım həmişə dəstək olub. Bütün səfərlərdə həyat yoldaşım mənimlə birlikdə gedir. İşim bitən kimi də geri dönməyə çalışıram. Şənbə və bazar günləri övladlarımın yanında olmağa çalışıram.

© © Foto N.Arpadarai tərəfindən təqdim olunubNigar Arpadarai
Nigar Arpadarai - Sputnik Azərbaycan
Nigar Arpadarai

 Ev işlərini necə çatdırırsınız?

— İş rejimimlə bağlı ev işləri görməyə hər zaman vaxt çatdıra bilmirəm. Ona görə də ev işlərində mənə kömək edən xanımlar var. İşləməyimə baxmayaraq, evdə hər şeyin yerində olmasını, təmiz olmasını sevirəm. Eyni zamanda uşaqlarımı da nəzarətsiz qoymuram. Onlara da nəzarət edən dayələri var. Evimizdə işləyən bütün xanımlar bizə yaxın və doğmadır.

Formula-1 - Sputnik Azərbaycan
İDMAN
Növbəti Formula 1 yarışı üçün bilet satışına başlanılır

— Nə vaxtsa evdar xanım ola bilərsinizmi?

— Evdar xanım olmağa razı olmaram. Mənim anam rəssamdır və hər zaman çalışıb. Mən də həmişə anamdan nümunə götürmüşəm və düşünürəm ki, qadın da işləyərək ailəyə maddi dəstək olmalıdır. İstəyirəm ki, övladlarıma lazım olan məqamda məsləhət verə bilim, yardım edim.

 Özünüz "Formula1" idman növündə çalışırsınız. Uşaqlar bu idman növünə 3-4 yaşından cəlb olunmalıdır. Övladınızı bu idman növündə görmək istərsinizmi?

— "Formula 1" idman növünü çox bəyənirəm. Amma oğlumun "Formula 1" də pilot olmasını yəqin ki istəməzdim. Çünki çox riskli idman növüdür. Lakin oğlumun istənilən idman növünə marağı böyük olarsa, qarşısına məqsəd qoyarsa, onu dəstəkləyərəm.

 Övladlarınızın sizin davamçınız olmasını istərdinizmi?

— Niyə də olmasın?! Hansı oğlum PR/Marketinq sahəsini seçib davam etsə, dəstəkləyərəm.

Rikardo - Sputnik Azərbaycan
İDMAN
"Formula 1" ulduzundan Qurban Qurbanova hədiyyə

 Özünüz necə idmanla məşğul olmusunuzmu?

— Mən fitnessi çox sevirəm. Hər gün səhər kiçik oğlumu bağçaya qoyub fitnessə gedirəm. Sonra ofisə gəlib sevdiyim işdə çalışıram.

 Maraqlı soyadınız var. Bu da sizin adınızı daha da yadda qalan edir…

— Atamın nəsli Cənubi Azərbaycandandır. Sonradan Bakıya köçüblər. Ailə quranda da yoldaşıma soyadımı dəyişməyəcəyimi dedim. O da etiraz etmədi. Çünki maraqlı və yadda qala biləcək soyaddır.

— Nigar Arpadarai "Formula 1" olmasa, hansı sahədə karyerasını davam etdirər?

— Sahəmi dəyişmək istəmərəm. Marketinq, PR sahəsi mənə daha yaxındır. 

Xəbər lenti
0