03:26 14 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Heroin tapılıb

Xaçmazda heroin əməliyyat keçirilib

© Photo: www.customs.gov.az
CƏMİYYƏT
Qısa URL
90 0 0

Ekspertizaya göndərilən həmin bükülünün 1,165 qram çəkidə narkotik vasitə olan heroin olması barədə rəy verilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan              

BAKI, 2 yanvar — Sputnik. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində respublikanın daxili işlər orqanları növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Ravil Rəcəbov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib.

​Saxlanılan şəxsin üzərinə baxış keçirilən zaman əynində olan gödəkcənin cibində bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülüb. Ekspertizaya göndərilən həmin bükülünün 1,165 qram çəkidə narkotik vasitə olan heroin olması barədə rəy verilib.

Faktla bağlı R.Rəcəbov barəsində Xaçmaz RPŞ-nin  İB-də cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Əlaqədar

Düz bağırsağında heroin daşıyan adam tutuldu
Astara rayon sakini 1 kq heroini və 400 qr tiryəki satarkən tutulub
Beş yüz kiliqram heroin müsadirə olundu
Rumıniyada tutulan heroinin ora hansı yolla aparıldığı araşdırılır
Teqlər:
narkotik vasitələrin qanunsuz dövriyyəsi, Xaçmaz, əməliyyat, cinayət işi, heroin

Əsas mövzular