21:11 04 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
596 0 0

Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik

BAKI, 2 yanvar — Sputnik. Dekabrın 23-də itkin düşən "Gilavar" — hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Sputnik Azərbaycan Lent.az-a istinadən xəbər verir ki, bu barədə "Gilavar" Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək: "Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli dağçıdır. Baburun üzərində 27 kq-lıq ruqzak olub, ola bilməz ki, bu sumkadan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırılar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik".

Z. Qasımov bildirib ki, axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-nin 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir. 

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu,Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.

Əlaqədar

FHN alpinistlərin axtarışları ilə bağlı daha bir məlumat yayıb
Nazirlik itkin alpinistlər barədə yeni məlumat yaydı
İtən alpinistlərin xilasetmə əməliyyatından son xəbər
İtkin düşmüş alpinistləri axtaran qrup xəbər paylaşıb
Alpinist dağdan belə yıxıldı – VİDEO
Teqlər:
itkin, Tufandağ, Quba rayonu, alpinist, "Gilavar" hava və ekstrim idman klubu

Əsas mövzular