CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aprel şəhidimizin adını küçəyə verdilər

© AFP 2023 / TOFIK BABAYEVŞəhidin tabutunun qarşılanması
Şəhidin tabutunun qarşılanması - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhidimiz aprelin 7-si doğulduğu Lənkəran şəhərinin Hirkan kəndində dəfn edilib

BAKI, 30 dekabr — Sputnik. Aprel şəhidimiz Rusif Ağayevin adı Lənkəranda şəhər küçələrindən birinə verilib.

Sputnik Azərbaycan xəbər verir ki, Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. Rusif Ağayev ailəli idi, iki övladı yadigar qalıb.

© Photo : social networksŞəhid Rusif Ağayev və onun adına verilmiş küçə
Şəhid Rusif Ağayev və onun adına verilmiş küçə - Sputnik Azərbaycan
Şəhid Rusif Ağayev və onun adına verilmiş küçə

Gizir Rusif Ağayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 7-si doğulduğu Lənkəran şəhərinin Hirkan kəndində dəfn edilib.

Rusif Ağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Xəbər lenti
0