17:46 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
22410

Şaxta babalar Milli Onkologiya Mərkəzindəki uşaqlara hədiyyələr veriblər

BAKI, 29 dekabr — Sputnik. Sputnik Azərbaycan informasiya agentliyi və radiosunun həyata keçirdiyi #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası çərçivəsində onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların arzu etdikləri Yeni il hədiyyələri vaxtından əvvəl toplanaraq sahiblərinə çatdırılıb.

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqların arzularını yerinə yetirən sadə insanlar Şaxta babaya çevrilərək əsl Yeni il möcüzəsi yaradıblar.

Xeyirxah insanlar 2 yaşdan 18 yaşadək olan 49 uşağın yeni il arzularını operativcəsinə yerinə yetirməyi öz üzərlərinə götürüblər. Uşaqlar öz yeni il arzularını Sputnik Azərbaycan-ın xüsusi açıqcalarına yazıblar. Həmin açıqcalar isə Sputnik Azərbaycan-ın "Əli və Nino" kitab dükanında (Park Bulvar TM, birinci mərtəbə) və "Bon Appetit" şirniyyat mağazasında (Bülbül prospekti, 36/38, "Nizami" Kino Mərkəzinin yanı) qurduğu Yeni il yolkasını bəzəyib.

© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov
Sputnik Azərbaycan onkoloji xəstə uşaqlara hədiyyə payladı

"Biz çox şadıq ki, aksiya vaxtından əvvəl başa çatıb. #YolkaXeyirxahlıqAğacı xeyriyyə layihəsini dəstəkləyən bütün insanlara və təşkilatlara səmimi minnətdarlığımızı bildiririk. Biz birlikdə uşaqlara böyük sevinc bəxş etmişik, Şaxta babaya və xeyirxah insanlara inamı artırmışıq" — deyə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev bildirib.

Dekabrln 28-də Sputnik Azərbaycan-ın əməkdaşları və layihənin iştirakçısı olan bir neçə Şaxta baba hədiyyələrini Onkologiya Mərkəzinin kiçik pasientlərinə təqdim ediblər. Bu təqdimat hazırladığımız videoda əksini tapıb.

Aksiyada iştirak edən bütün Şaxta babalara dərin təşəkkürümüzü bildiririk. Siz başqalarının dərdinə şərik olmaqla, xüsusi qayğı və dəstəyə ehtiyacı olan uşaqlara hədiyyələr almaqla onlara əsl bayram ovqatını yaşatmısınız. Siz nağılları gerçəkliyə çevirən həqiqi sehrbazlarsınız!

#YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasında iştirak edən özəl Şaxta babaların — möcüzə yaradan adi və məşhur insanların, şirkət rəhbərləri və sıravi əməkdaşlarının adlarını təqdim edirik:

Aişə Qarayeva

Ziyad Səmədzadə

Faiq Məmmədov

Rantur T.A turizm şirkəti

Nurlana

Məryəm Şabanova

Cəmilə Tağıyeva

Baku Crystal Hall

Nafisa Qarayeva

Seva

Anar Cəbrayıllı

İrina

Autocapital-Azerbaijan şirkəti

Autostar Kaukasus şirkəti

"Abşeron" Avtomobil Mərkəzi

Qeyd edək ki, bir sıra xeyirxah insanlar və şirkətlər eyni vaxtda bir neçə uşağın arzusunu yerinə yetiriblər.

  • Tezliklə uşaqlar çoxdan gözlənilən hədiyyələr alacaqlar
    Tezliklə uşaqlar çoxdan gözlənilən hədiyyələr alacaqlar
    © Sputnik / Murad Orujov
  • Şaxta Babalardan hədiyyələr
    Şaxta Babalardan hədiyyələr
    © Sputnik / Murad Orujov
  • Bir çox hədiyyələr var idi ...
    Bir çox hədiyyələr var idi ...
    © Sputnik / Murad Orujov
  • Onkoloji mərkəzin mehriban heyəti
    Onkoloji mərkəzin mehriban heyəti
    © Sputnik / Murad Orujov
  • Körpə qız Şaxta Babadan çoxdan gözlədiyi hədiyyəni aldı
    Körpə qız Şaxta Babadan çoxdan gözlədiyi hədiyyəni aldı
    © Sputnik / Murad Orujov
  • Bəzi uşaqlar hədiyyələrini almaq üçün foyeyə çıxırdılar
    Bəzi uşaqlar hədiyyələrini almaq üçün foyeyə çıxırdılar
    © Sputnik / Murad Orujov
  • Şaxta Babalar yeniyetmələrində arzularını yerinə yetirdi
    Şaxta Babalar yeniyetmələrində arzularını yerinə yetirdi
    © Sputnik / Murad Orujov
  • Bir neçə anlıq uşaqlar öz xəstəliklərini unutdular
    Bir neçə anlıq uşaqlar öz xəstəliklərini unutdular
    © Sputnik / Murad Orujov
  • Bir arzu daha gerçək oldu ...
    Bir arzu daha gerçək oldu ...
    © Sputnik / Murad Orujov
  • 4 yaşlı Xədicə və onun hədiyyəsi
    4 yaşlı Xədicə və onun hədiyyəsi
    © Sputnik / Murad Orujov
  • Arzular gerçəkləşir!
    Arzular gerçəkləşir!
    © Sputnik / Murad Orujov
  • Bir az sevinc...
    Bir az sevinc...
    © Sputnik / Murad Orujov
  • 11 yaşlı Nicat və onun PlayStation
    11 yaşlı Nicat və onun PlayStation
    © Sputnik / Murad Orujov
1 / 13
© Sputnik / Murad Orujov
Tezliklə uşaqlar çoxdan gözlənilən hədiyyələr alacaqlar

Sputnik Azərbaycan bu aksiyaya dəstək verdiklərinə görə, həmçinin AR Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovaya, Milli Onkologiya Mərkəzinin baş direktoru Cəmil Əliyevə, baş həkimi Azad Kərimliyə, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elturan İsmayılova, "Əli və Nino" kitab dükanları şəbəkəsinə, Park Bulvar ticarət mərkəzinə və "Bon Appetit" şirniyyat şəbəkəsinə dərin təşəkkürünü bildirir.

Əziz dostlar və həmkarlar! Sputnik Azərbaycan redaksiyası hamını qarşıdan gələn Yeni il münasibətilə təbrik edir. #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası bir daha sübut etdi ki, möcüzə baş verir. Ona görə də möcüzəyə inanın, mümkün olmayan şeyləri belə arzulayın! Biz əminik ki, mümkünsüz olduğunu düşündüyümüz şeylər mümkünə çevrilə bilər!

Yeni iliniz mübarək!

Əlaqədar

Mən “Şaxta Baba” olacağam: Sputnik Azərbaycan-ın yardım kampaniyası başa çatdı
Şaxta Babalar Onkologiya Mərkəzindəki uşaqlara hədiyyə gətirməkdədirlər
"Şaxta babalar" o məsumların çağırışına cavab verdilər, siz də qoşulun...
Şaxta Baba və Qar Qızsız qalacaq Bakı yolkaları...
Teqlər:
YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyası, əməkdaş, Sputnik Azərbaycan, Milli Onkologiya Mərkəzi, hədiyyə, yolka, Şaxta Baba, uşaq

Əsas mövzular