CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyədə də bir-birimizi qarət edirik: azərbaycanlı tələbələr tutuldu

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polisə şikayət edən tələbənin şikayəti əsasında adları gizli saxlanılan tələbələrin izahatı alınıb və onlar istintaqa cəlb edilib

BAKI, 29 dekabr — Sputnik. Türkiyədə 8 azərbaycanlı tələbə həbs edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr soyğunçuluq ittihamı ilə tutulublar.

Məlumatda bildirilir ki, azərbaycanlı tələbələr təhsil aldıqları öz həmyerlilərinə qarşı cinayət törədiblər. Belə ki, onlar universitetə yeni gələn Azərbaycanlı tələbələrdən pul tələb edib və əşyalarını əllərindən alıblar.

Saxlanılanlar bir azərbaycanlı tələbənin qaldığı evə girərək onun barmaqlarını sındırıblar, noutbukunu və fotoaparatını əlindən alıblar. Polisə müraciət edən tələbənin şikayəti əsasında azərbaycanlı tələbələr həbs ediliblər.

Adları gizli saxlanılan tələbələrin izahatı alınıb və onlar istintaqa cəlb olunublar.

Xəbər lenti
0