15:08 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
17710

Bayram günlərini bölgələrdə keçirmək istəyirsinizsə, onda oxuyun

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Yeni il artıq qapıdadır. Bayram günləri yaxınlaşdıqca insanlar yeni ili daha maraqlı, daha yaddaqalan məkanlarda keçirmək barədə düşünürlər. Axtarışda olurlar.

Bayramda regionlara daha çox axın olduğu üçün bölgələrdə yerləşən turizm obyektərinə paytaxtdan daha çox tələbat olur. Bəs həmin obyektlərdə qiymətlər cibimizə uyğundurmu?

Sputnik Azərbaycan-ın şimal bölgəsi üzrə müxbiri bölgədə fəaliyyət göstərən turizm obyektlərinin, hotellərin qiymətləri ilə maraqlanıb. Reklam və anti-reklam amillərini nəzərə alaraq, obyektlərin adlarını yazmırıq və sadəcə rayonlar üzrə qiymətləri diqqətə çatdırırıq.

Şabran rayonu ərazisində yerləşən tanınmış istirahət mərkəzlərində təklif olunan qiymət paketləri hazırda endirimdədir. Endirimdə olan qiymətlərə görə, iki nəfər böyük və bir nəfər altı yaşına çatmamış uşaq daxil, 3 gecə və 4 günlük istirahət 1350 manata başa gəlir. Qeyri-endirim müddətində isə bu məbləğ 1850 manatdır. Hotellərdəki bu qiymət paketinə gündə 3 dəfə yemək, hovuzdan istifadə, fitness mərkəzi və sauna daxildir.

Qubada fəaliyyət göstərən istirahət mərkəzlərində də qiymətlər ürəkaçan deyil. 31 dekabr-1 yanvar tarixlərində hotel nömrələrinin ortalama qiyməti belədir: bir nəfərlik standart otaq 449 manat, suite room 549 manat, iki nəfərlik otaq 899 manat.

Qusarın nəhəng turizm kompleksində yerləşən hotellərdə də vəziyyət, demək olar ki, eynidir. Bir günlük turlar isə, hər adam üçün əlavə 20-25 manata başa gəlir. Buraya yalnız nəqliyyat, gəzinti və səhər yeməyi daxildir.

Söhbətləşdiyimiz hotel təmsilçilərindən qiymətlərin niyə bu qədər baha olması ilə maraqlandıq. Aldığımız cavablar, təxminən eyni oldu: "Hər şeyin qiyməti qalxıb. Üstəlik, lüks xidmət göstəririk".

Müqayisə üçün deyək ki, qonşu Gürcüstanda 1 nəfər üçün 3 gecə, 4 günlük turun ortalama qiyməti 150-210 manat, Türkiyədə isə 300-400 manat civarındadır…

Yeri gəlmişkən, şimal bölgəsindəki turizm obyektlərinin əsas müştəriləri xarici turistlər, xüsusilə Rusiya, Ukrayna və digər MDB ölkələrinin vətəndaşlarıdır.

Əlaqədar

Turist avtobusu aşdı, ölən və yaralananlar var
Turizm mərkəzindən reaksiya: "Şahdağda çəkilən görüntülər ajiotaj xarakteri daşıyır"
Rzabəyli: “Azərbaycana turistlərin axın etməsində idmanın böyük rolu var”
Ərəb turistlər Bakı sakinlərini heyrətə saldılar
Honkonqlu turistlər Bakıda xaş yedilər və heyran oldular
Qar uçqunu nəticəsində 3 turist öldü
Kənan Quluzadə: "Məqsədimiz çinli turistləri Azərbaycana cəlb etməkdir"
Teqlər:
bayram günləri, yeni il, hotel, istirahət, obyekt, turizm, gündüz, gecə, manat, qiymət

Əsas mövzular