CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN Məktub"un cavabı gecikmədi

© Photo : Veysəloğlu şirkətinin mətbuat xidmətiVeysəloğlu “Asan Könüllüləri” təşkilatı ilə birlikdə astaralı uşaqları sevindirib
Veysəloğlu “Asan Könüllüləri” təşkilatı ilə birlikdə astaralı uşaqları sevindirib - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaqların arzu və istəkləri gerçəkləşdirilərək onlara hədiyyələr təqdim olunub

BAKI, 28 dekabr — Sputnik. "Veysəloğlu" Şirkətlər Qrupu "ASAN Könüllüləri" təşkilatı ilə birlikdə "ASAN Məktub" layihəsini davam etdirir. Sputnik Azərbaycan xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd əhalinin həssas qrupuna daxil olan 4-14 yaşınadək uşaqların arzu və istəklərinin reallaşdırılmasıdır.

İlk layihə Astara rayonunun ucqar yaşayış məntəqəsi hesab olunan Qapıçıməhəllə kəndində reallaşdırılıb. Ümumilikdə 51 uşağın "ASAN Məktub"a ünvanladıqları arzu və istəkləri gerçəkləşdirilərək onlara hədiyyələr təqdim olunub.

Bundan başqa, təqdimetmə mərasimi Yeni il şənliyi ilə davam etdirilib, həmçinin tədbirə qatılan digər uşaqlara da bayram sovqatı təqdim olunub.

Xəbər lenti
0