CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu dövlət qurumu da əhalini nəzərə alacaq

CC0 / Public Domain Pictures / GasQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Azəriqaz" İB istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir

BAKI, 27 dekabr — Sputnik. "Azəriqaz" bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azəriqaz" İB-dən məlumat daxil olub.

Bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə dekabrın 31-dən başlayaraq gələn il yanvarın 4-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd olunub ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçirilir. Sutkada 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək, eləcə də Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

"Azəriqaz" İB istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

Xəbər lenti
0