CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbul və buraxılış imtahanlarının hesabatı prezidentə təqdim ediləcək

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul və buraxılış imtahanları ilə bağlı ölkə Prezidentinə təqdim olunacaq illik hesabat

BAKI, 27 dekabr — Sputnik. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib.

İclasda DİM tərəfindən 2017-ci ilin dekabr ayı ərzində keçirilmiş imtahanlar, dövlət qulluğu sahəsində görülmüş işlər, qəbul və buraxılış imtahanları ilə bağlı ölkə Prezidentinə təqdim olunacaq illik hesabat, eləcə də Avropa İttifaqının Tvinninq aləti üzrə "Azərbaycan Dövlət Qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək" layihəsi çərçivəsində görülmüş işlər müzakirə edilib.

İlk növbədə, iclasda Şura üzvlərinə Prezident İlham Əliyevə 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında təqdim olunacaq illik hesabat barədə məlumat verilib. Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatın da hazırlanacağı və ölkə Prezidentinə təqdim olunacağı qeyd olunub.

İclasda digər cari məsələlər də müzakirə olunub.

Xəbər lenti
0