CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevməyə vitrin manekeni alıram, kim satır?

© Sputnik / Fuad HasanovBakıda qadın paltarları dükanı, arxiv şəkli
Bakıda qadın paltarları dükanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sevdiyimiz də, nifrət etdiyimiz də, maraq və macəramız da cansız bir əşyanın içindən üzümüzə baxır

BAKI, 20 dekabr — Sputnik. Müasir şairlər qınaq hədəfinə çevrilib ki, hamısı darıxmaqdan və tənhalıqdan yazır. Eyni irad tez-tez mənim şeirlərimə də bildirilir. Uzun müddət bu haqda düşündüm: niyə mövzularımda darıxmaq və tənhalıq üstünlük təşkil edir?

Ученик в классе, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Məktəbə apardığım porno kartlar

Bəlkə bir az şablon olacaq, amma həmişə dediyim kimi, həqiqətin şablonu olmur. Həqiqət həmişə həqiqət olaraq qalır. Həqiqət isə odur ki, müasir dövr insanı özü ilə baş-başa qalmağa məcbur və məhkum edib.

Getdikcə dost-tanışların yerini ağ, qara və boz cihazlar tutur. Dərdimiz olanda bu cihazlardan lirik mahnılar dinləyir, filmlər izləyir, bu cihazlara nəsə yazırıq. Bədii dildə desəm, bu cihazlarla danışırıq, dərdləşirik.

Bu cihazlar bizi ailəmizdən, dost-tanışdan, sevgilidən ayırır. Bu cihazlar bizi öz istədiyi kimi idarə edir. Hətta bir gecəlik əyləncələr üçün seçdiyimiz tərəf müqabilləri də öz yerini bu cihazların ekranı arxasındakı porno artistlərinə verir.

Yox. Qətiyyən, yox. Mən texnologiyanın əleyhinə danışmıram. Doğrudan da mən bütün kainatda elmdən daha müqəddəs nəsə tanımıram. Mənim demək istədiyim odur ki, biz texnologiyanı idarə etməyə çalışmırıq, onun bizi idarə etməsinə şərait yaradırıq.

Bütün dövrlərdə şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar dövrün tələblərinə uyğun yaradıcılıq prosesi keçiblər. Məsələn, Ernest Heminqueyin gənclik və yetkinlik dövrləri müvafiq olaraq birinci və ikinci dünya müharibələrinə təsadüf edirdi. Buna görə də onun yaradıcılığında müharibə əsas mövzu olmuşdu. Elə bizim ən üsyankar şairimiz Mikayıl Müşfiqin də kommunizmin təsiri altında yazdığı saysız-hesabsız şeirləri var.

Şəxsən mən bir ədəbiyyat adamı kimi yox, bir fərd kimi təkəm və darıxıram. Nədən yazmalıyam?

Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Tək yaşayan 13 yaşlı qızın meyiti tapıldı

Mühit bir insanı anlamağa borclu deyil. Kefli İsgəndərin "mühit məni anlamır" iddiası indiki dövr üçün bir az cəfəng görünür. Çünki müasir insan heç özünü anlaya bilmir.

O qədər təkik ki, bizi qəzəbləndirən şeylərdən hirsimizi çıxa bilmirik. Çünki hər şey monitor arxasındadır. Sevdiyimiz də, nifrət etdiyimiz də, maraq və macəramız da, arzularımız da – hamısı cansız bir əşyanın içindən üzümüzə baxır. Öpmək olmur, oxşamaq olmur, sarılmaq olmur, danlamaq olmur, qışqırmaq olmur, küsmək olmur, atmaq olmur. Beləcə, qalırıq özümüz öz caynağımızda və başlayırıq darıxmağa.

Sual yarana bilər ki, niyə bir insanla duyğularımızı paylaşmırıq, taleyimizi bölüşmürük? Əgər buna ehtiyac duyuruqsa, niyə münasibətlərdən qaçırıq? Səbəb bəsitdir: güvənmirik! Biz bir-birimizə olan etibarımızı da itirmişik.

Bu yaxınlarda bir qərara gəldim ki, vitrin manekeni alım. Hətta bir-iki paltar mağazasından soruşdum, satmadıqlarını dedilər. Niyyətim odur ki, bu vitrin manekenini evin bir küncünə qoyum, sevinəndə sevinc bölüşüm, üzüləndə dərdləşim, hirslənəndə dalaşım, küsüm, sonra barışım. Bəlkə bu əngin qarmqarışıqlığın sıxıntılarından xilas olmağıma kömək etdi.

Qayıdaq əvvəlinci məclisə — şairlərin darıxmaq və tənhalıq mövzusuna. Mövzuların hamısı darıxmaq və tənhalıqdır demək absurddur. Sadə dildə desəm, lap böhtandır. Axı müasir poeziyamızda insan azadlığından, ilahi ya da insani ədalətsizlikdən, ümumbəşəri ayrı-seçkilik problemlərindən, fərdlərin ruhi və mənəvi sarsıntılarından bəhs edən çoxsaylı şeirlər var. Ümumilikdə müasir poeziyamız öz dövrünə və mühitinə kifayət qədər güzgü ola bilir.

Nəysə. Onu deyirdim axı, vitrin manekeni alıram, kim satır?

Xəbər lenti
0