03:03 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
36520

Çəkiliş öncəsi açıqlama verməyə icazə olmadığı üçün çəkilişdən sonra ətraflı danışacağını bildirən Səfərov onu sevənlərdən dəstək istəyib

BAKI, 26 dekabr — Sputnik. Səsi ilə tamaşaçılarını heyrətləndirən Pərvin Səfərov yenə İstanbuldadır. "O səs Türkiyə" müsabiqəsində iştirak edən neftçalalı çoban Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, müsabiqənin ikinci turunda iştirak etmək üçün qardaş ölkəyə gedib.

Çəkiliş öncəsi açıqlama verməyə icazə olmadığı üçün çəkilişdən sonra ətraflı danışacağını bildirən Səfərov onu sevənlərdən dəstək istəyib.

Xatırladaq ki, Neftçala rayonundan olan çoban Pərvin Səfərov "O səs Türkiyə" vokal yarışındakı çıxışı ilə hər kəsi valeh edib. Onun yarışda ölməz sənətkarımız Rəşid Behbudovun repertuarından ifa etdiyi "Nazəndə sevgilim" mahnısı münsiflərdən Murad Boz, Hadisə və Gökhan Özoğuzu ona tərəf dönməyə vadar edib. İştirakçının Türkiyə ləhcəsində oxumamasını irad tutaraq dönməyən Yılldız Tilbə isə Pərvinin səsini və ifasını bəyəndiyini etiraf etməyə məcbur olub.

Əlaqədar

"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar"
Neftçalalı çoban "O səs Türkiyə"dəki uğurundan danışdı
"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava
"Sən supersən! Rəqslər" müsabiqəsinin iştirakçıları ilə görüş olacaq
“Eurovision 2017” mahnı müsabiqəsinin final mərhələsi başlayıb
Teqlər:
Pərvin Səfərov, dəstək, "O səs Türkiyə", İstanbul, müraciət

Əsas mövzular