09:11 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
40010

Dharmendra (əsl adı Dharam Sinqh Deol) hind aktyoru, prodüser və siyasətçidir

BAKI, 26 dekabr — Sputnik. Dekabrın 27-də Bakıda "Məhəbbət səfiri" sənədli filminin təqdimatı çərçivəsində hind kinosunun ulduzu, dünya şöhrətli aktyor Dharmendra ilə görüş keçiriləcək. Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbir Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunub.

Dharmendra (əsl adı Dharam Sinqh Deol) hind aktyoru, prodüser və siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə o, bu ölkənin üçüncü ən yüksək mülki mükafatı olan Padma Bhuşan, həmçinin bir neçə mükafata layiq görülüb. Aktyor bir çox ekran əsərində, o cümlədən "Daş və Çiçək", "Sevimli Raca", "Qisas və Qanun", "Cəngəlliklər kralı", "Əbədi məhəbbət nağılı", "Əlibaba və qırx quldur", "Üç muşketyor kimi", "Samrat" və digər məşhur filmlərdə çəkilib.

Əlaqədar

Dünyanın ən məşhur aktyorunun ölümünün ildönümü
Əfsanəvi amerikalı aktyor Türkiyədə biznes qurdu
Azərbaycanlı aktyor ağır cinayət törədib
Milyonlarla qadının əlçatmaz arzusu olan əfsanəvi aktyor
Tanınmış aktyor: "Bu yaşda mənə Əməkdar artist adı versələr, təhqir olar"
Teqlər:
görüş, Azərbaycan, səfər, aktyor, hind kinosu, Dharmendra

Əsas mövzular