00:23 08 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Mehriban Əliyeva

Rusiya Patriarxı Mehriban Əliyevaya orden təqdim edib

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
55 0 0

Ordeni M.Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib

BAKI, 26 dekabr — Sputnik. Moskvada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim olunub.

Sputnik Azərbaycan-ın APA-ya istinadən verdiyi məlumata görə, Xilasedici İsa Məsih məbədində keçirilən mərasimdə ordeni M.Əliyevaya Moskva və bütün Rusiyanın Patriarxı Kirill təqdim edib.

M.Əliyeva bu ordenlə Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə, habelə Rusiya ilə Azərbaycan arasında dostluğun möhkəmləndirilməsi sahəsində çoxsaylı xidmətlərinə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill tərəfindən təltif olunub.

Qeyd edək ki, bu ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilir.

Xatırladaq ki, 2013-cü ildə M.Əliyevanın himayədarlığı ilə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılıb. Bu il Mehriban Əliyevanın şəxsi təşəbbüsü ilə abidənin ətrafındakı ərazidə abadlıq işləri görülüb.

Əlaqədar

Mehriban Əliyeva Rus Pravoslav Kilsəsinin yüksək mükafatına layiq görüldü
İlham Əliyev və Mehriban Əliyeva tanınmış azərbaycanlını təbrik etdilər
Mehriban Əliyevaya daha bir köməkçi təyin edildi
Mehriban Əliyevadan oğluna jest - FOTO
Mehriban Əliyevadan məcburi köçkünlərlə bağlı mühüm addım
Teqlər:
Rus Pravoslav Kilsəsi, Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, Moskva və bütün Rusiyanın Patriarxı Kirill, Birinci vitse-prezident Mehriban Əliyeva, təqdimat

Əsas mövzular