03:50 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
551 0 0

"Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur"

BAKI, 26 dekabr — Sputnik. "BakıKart ilə işləyən avtobusların sayı artdıqca dayanaqcaqlardakı aparatların önündə növbələr də uzanır. Elə buna görə hər dəfə karta gediş üçün vəsait ödəmək üçün xeyli vaxt sərf etməli oluruq. Bəzi hallarda bütün dayanacaqlarda belə aparatlar olmadığından digər dayanacağa qədər piyada getməkdən savayı əlacımız qalmır".

Sputnik Azərbaycan xəbər verir ki. bunu iqtisadçı-ekspert Samir Əliyev “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, ən yaxşı halda digər sərnişindən əvəzimizdən ödəniş etməsini xahiş edib onun lütfkarlığına sığınmalı oluruq: "Dayanacaqdakı aparatlarda texniki problem yarandıqda isə vəziyyət daha da qəlizləşir. Metropolitendə belə aparatların sayı çox olsa da avtobus dayanacaqlarında onların sayı 1-dən çox deyil. Bəzi dayanacaqlarda quraşdırılan “MilliÖn” aparatlarının dəstəyi də yetərli deyil".

Onun fikrincə, şəhər nəqiyyatında nağdsız ödənişə keçilməsi təqdirəlayiqdir: "Əhali demək olar ki bu sistemə tam öyrəşib. Bunun üçün müəyyən qədər infrastruktur da qurulub. Ancaq bu infrastruktur köhnəldikcə daha çox yatırım tələb edəcək. Təsəvvür edin, bir dayanacaqdan aparatın bir neçə saat işləməməsi sərnişinlərin işini nə qədər çətinləşdirir. Xarici ölkələrdə də dayanacaqlarda adətən 1-2 aparat quraşdırılır. Ancaq orada bizdəki kimi növbələr yoxdur. Niyə? Səbəb çox sadədir. Xarici ölkələrdə differensial tarif sistemi tətbiq edilir. Adətən tarif bir gedişlik, günlük (sutkalıq), həftəlik, aylıq və hətta illik olur. Gediş sayı artdıqca bir gedişin dəyəri də aşağı düşür. Məsələn, bir gedişin haqqı 1 avrodursa, aylıq ödəniş zamanı tarif aşağı düşür və bir gediş haqqı təxminən 50 sentə qədər ucuzlaşır. Burda həm əhali qazanır ki, xərcləri azalır və aparatların qarşısında vaxt itirmirlər. Nəqliyat şirkətlərinin qazancı isə qısa müddətdə böyük məbləğdə birdəfəlik vəsait etmələri olur. Azərbaycanda da nəhayət ki sərnişindaşımada differensial tarif sisteminə keçilməlidir. Əgər birdəfəlik gediş haqqı 20 qəpikdirsə, niyə aylıq gediş 15 qəpiyə olmasın?".

Ekspertin qənaətincə, digər məsələ ödənişin rahatlığı məsələsidir: "Əhali hələ də BakıKart kartından asılı vəziyyətdədir. İtirdikdə və ya təsadüfən evdə unutduqda yenisini almaq məcburiyyətində qalır. Halbuki çıxış yolu ödəniş sistemini digər kartlara da uyğunlaşdırmaqdır. Bunun üçün debet (maaş, pensiya və s.) və kredit kartları, eyni zamanda mobil telefon vasitəsilə ödənişə imkan verən NFC (Near-field communication) sisteminin tətbiqinə başlanmalıdır".

"Şəhərdaxili sərnişindaşımada gediş haqlarının artırılması zaman məsələsidir. Bu addım xüsusilə də əhalinin sosial baxımdan həssas təbəqəsinə mənfi təsir edəcək. Hökumət indi etməsə də, qiymət artımı zamanı differensial tarifi tətbiq etməklə artımın əhaliyə neqativ təsirini bir qədər azalda bilər" – deyə o bildirib.

Əlaqədar

Avtobus yeraltı metro keçidinə düşdü: 5 ölü, 15 yaralı
Avtobus 16 yaşlı qızın ayaqlarının üstündən keçdi
Bakıya müasir avtobuslar gətirildi - FOTO
Bakıda bu da oldu: İti avtobusda oturacaqda apardılar – VİDEO
Yük maşını məktəb avtobusu ilə toqquşdu, yaralılar var
Bakıda sərnişinin avtobusda ölməsinin səbəbi məlum oldu
Teqlər:
ucuzlaşma, "BakıKart", təklif, Samir Əliyev

Əsas mövzular