01:29 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
4210

Vəkillər Kollegiyasının Rəyasət Heyəti onların nəzərinə çatdırır ki, məsuliyyətə cəlb edilmələri üçün bütün lazımi tədbirlər görüləcək

BAKI, 26 dekabr — Sputnik. Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil adından qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edib.

Sputnik Azərbaycan-ın “Report”a istinadən məlumatına görə, kollegiyadan daxil olan açıqlamada bildirilib ki, son günlərdə aparılan müşahidələr nəticəsində bir çox fiziki və hüquqi şəxslər tərəfindən vəkil adından qanunsuz istifadə hallarına rast gəlinir: “Belə hallar vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir. İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsinə əsasən, vəkil adından qanunsuz istifadə edilməsi inzibati məsuliyyətin yaranmasına səbəb olur. Vəkillər Kollegiyasının Rəyasət Heyəti həmin şəxslərdən qeyd edilən qanunsuz əməllərə son qoyulmasını tələb edir və onların nəzərlərinə çatdırır ki, belə əməllərə qısa müddət ərzində son qoyulmazsa, həmin şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Vəkillər Kollegiyasının Rəyasət Heyəti belə hallarla barışmayacağını və belə qanun pozuntularına qarşı qətiyyətlə mübarizə aparacağını bəyan edir”.

Əlaqədar

Vəkillər Kollegiyasına yeni sədr seçildi
Vəkili hakimin şikayəti əsasında Vəkillər Kollegiyasından xaric ediblər
Xalid Bağırov Vəkillər Kollegiyasından xaric edilib
Bu qanun vəkillik fəaliyyətinə ciddi təsir edəcək
"Hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var"
Teqlər:
Vəkillər Kollegiyası, məsuliyyət, xəbərdarlıq, vəkil

Əsas mövzular