11:16 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
102 0 0

Sərnişin qatarlarına əlavə vaqonlar qoşulur

BAKI, 25 dekabr — Sputnik. Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin Daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışır. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

O bildirib ki, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür: "Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə sayda vaqonların qoşulması təmin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir".

Əlaqədar

Dəmir yolu vağzalında bomba axtarışları başa çatdı, nəticə açıqlandı
"Azərbaycan Dəmir Yolları"dan bomba xəbəri barədə rəsmi açıqlama
Dəmiryolçular bir yerə toplaşdılar
Dəmiryolları gücləndirilmiş iş rejiminə keçib
Teqlər:
QSC, vaqon, sərnişin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, bayram, nəqliyyat, bilet, qatar

Əsas mövzular