10:29 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
25110

"Qanunların hamısı əladır, amma nəzarət və tətbiq mexanizmi yoxdur və ya zəifdir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir. Qanuna riayət etməyənlər isə cərimə olunacaq.

Sputnik Azərbaycan sosial şəbəkə istifadəçilərinin yeni qanuna münasibətini öyrənib. Sorğuda iştirak edənlərin demək olar ki, əksəriyyəti bu qanun layihəsini təqdirəlayiq hesab edib. Əsasən də kişilərin tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması barədə qanun layihəsini dəstəkləməsi, əlbəttə ki, sevindirici haldır.

Faiq Mahmudov: "Qanun qəbul etməkdən də vacib, həmin qanuna riayət olunmasına nəzarət etməkdir. Avtobusda sürücülər siqaret çəkir. Buna nəzarət edəcəklər? Mənim siqaret tüstüsünə allergiyam var. Dəfələrlə sürücülərə irad tutmuşam, amma insan hər gün mübahisə etməkdən bezir axı. Bu dəqiqə də sürücü siqaret çəkir. O qanun ki, bu özbaşınalığı yığışdırmır, deməli zaman itkisidir".

Aynur Şahkərimova: "Möhtəşəm qərardır. Mən və uşaqlarım siqaret sevənlərə görə, artıq passiv formada nikotin qəbuluna məruz qalmayacağıq. Dəfələrlə qapalı məkanları sırf yaxınlıqda əyləşənlərin durmadan siqareti siqaretə calamaları səbəbindən tərk etmişəm".

Savalan Talıblı: "O qanun avtobus sürücülərinə şamil olunmur, deyəsən. Onlar qanuna məhəl qoymadan öz işlərindədirlər".

Elşən Ağalar: "Hamımız bilirik ki, siqaret sağlamlığımız üçün zərərlidir. Əsas da istifadə zamanı kənarda olan şəxslər üçün daha təhlükəlidir. Belə zərərli vasitənin istifadəsini məhdudlaşdıran qanun qəbul edilməsi təqdirəlayiqdir. İnsanları, əsas da azyaşlıları bu bəladan uzaq tutmaq lazımdır".

Səkinə İlyasqızı: "Evdə də siqaret çəkməyə qadağa qoyulsaydı, yaxşı olardı. Körpələr məhv olur".

İsaq Mayılov: "Rusiyada bu qanun layihəsi qəbul olunanda çoxları deyirdi ki, alınmayacaq. Qanunun qəbulundan 4 il keçib, nə dayanacaqlarda, nə iaşə obyektlərində, nə də parklarda — insanların sıx olduqları yerlərdə siqaret çəkilir. Millət qanuna riayət edir. Mən Azərbaycanda kafedə oturub siqaret çəkəndə qəribə oluram. Çünki Rusiyada çöldə siqaret çəkməyə vərdiş etmişəm. Bu qərar vacibdir və nəzarətlə yanaşı vətəndaş mövqeyi də olmalıdır. Əgər qınaq olmasa, qanun kağız üzərində qalacaq".

Araz Əhmədov: "Ümumiyyətlə, düşünürəm ki, bu qanun illər öncə qəbul edilməliydi. Avropanın və sabiq SSRİ respublikalarının əksərində bu qanun çoxdan qəbul edilib. Ancaq, əsas məsələ qanunun qəbul edilməsi ilə bitmir. Həmin qanunun necə icra edilməsindən çox şey asılıdır. Əgər ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdıran qanun, qəbul edilən bir çox digər qanunlarımız kimi kağız üzərində qalacaqsa, biz bunun effektini görməyəcəyik".

Həbibə Abdulla: "Siqaret elə bir bəladır ki, sağlamlıq üçün zərərli olmasını, hətta onu istehsal edənlər də etiraf edir. İctimai yerlərdə siqaret çəkmək o deməkdir ki, siqaret çəkən adam özü aktiv istifadəçi olmaqla onlarla insanı passiv istifadəçiyə çevirir. Odur ki, belə bir qanunun qəbul olunması təqdirəlayiqdir. Ümid edirəm ki, qanunun qəbulu, hələ də qalmaqda olan, ən çox kafe və restoranlarda rast gəlinən bu halı da aradan qaldıracaq".

Bəxtiyar Hacıyev: "Bizim qanunların hamısı əladır, amma nəzarət və tətbiq mexanizmi yoxdur və ya zəifdir. Bu qanun da elə olacaq".

Rauf Qərib Alagöz: "Bu qanun çoxdan qəbul edilməli idi. Heç kimin heç kimi zəhərləməyə və narahat etməyə haqqı yoxdur. Kaş bu qanun sadəcə kağız üzərində qalmaya, tətbiq oluna".

Avtobus və siqaret
Karikatura
Avtobus və siqaret

Eltun Musayev: "Siqaret çəkən insan ətrafında olan şəxsləri də siqaretin tüstüsünü qəbul etməyə məcbur edir. Məhz bu səbəbdən qəbul edilən qərar azyaşlıların siqaretə aludə olmasının qarşısını alacaq".

Vasif Əlihüseyn: "Qanunun qəbulunu normal hesab edirəm. Çünki insanlar öyrənməlidirlər ki, özlərinin pis vərdişlərinə görə başqasını zəhərləməməlidirlər. Bəzən taksidə yol getdiyin vaxt siqaret çəkən adam sərnişinlərdən yox, sürücüdən soruşur ki, siqaret çəkmək olar? Sürücü özü də siqaret çəkən olduğu üçün sərnişinin sualına "bəli" cavabını verir. Və sən də bu adamlara görə nəfəs kəsən tüstünü udmağa məcbur olursan. Ümumiyyətlə, insanlar ictimai yerlərdə siqaret çəkməyi bir qadağa kimi yox, bir mədəniyyət kimi qəbul etsələr, daha yaxşı olar".

Əlaqədar

Restoranlarda siqaret çəkilməsi necə tənzimlənəcək?
Siqaretdən istifadəni məhdudlaşdıran qanun qəbul olundu
Balkonda siqaret çəksəniz, qonşunuz sizdən pul tələb edə bilər
Siqaretdən istifadənin məhdudlaşdırılmasına dair yeni addım
Siqaretin zərərləri barədə möhtəşəm video hazırlandı
Ruslar artıq siqareti sevmirlər
Teqlər:
tüstü, tütün məmulatları, ziyan, sərnişin, zərər, nəzarət, taksi, siqaret, avtobus, Milli Məclis, qanun, sürücü

Əsas mövzular