CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Leyla Əliyeva yoqa dərsində - FOTOLAR

© Photo : IdeacampaignİDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib
İDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Dərs və söhbətləri beynəlxalq diploma və Yoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib

BAKI, 24 dekabr — Sputnik. Dekabrın 23-də IDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, ustad dərsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva da iştirak edib.

© Photo : IdeacampaignİDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib
İDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib - Sputnik Azərbaycan
İDEA Heyvanlara Qayğı Mərkəzində yoqa üzrə ustad dərsi keçirilib

IDEA İctimai Təşkilatı və Klassik Yoqa Məktəbi tərəfindən təşkil olunmuş tədbirdə qonaqlar Xatxa-yoqa dərsində olub, yoqa və düzgün qidalanma haqqında xeyli maraqlı məlumatlar əldə edib, vegeterian mətbəxinin nümunələrindən dadıb, eləcə də mərkəzdə saxlanılan heyvanlarla tanış olublar.
Dərs və söhbətləri beynəlxalq diploma və Yoqa Şiromani tituluna malik Elçin Quliyev keçirib. E.Quliyev 2002-ci ildən yoqa ilə məşğuldur. O, 2009-cu ildə Polşadakı Şivananda Yoqa Mərkəzində təlim keçib.

Xəbər lenti
0