CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qalatasaray"da inanılmayanlar olur...

© Photo : Facebook / Galatasaray "Galatasaray" futbol klubunun oyunçuları, arxiv şəkli
Galatasaray futbol klubunun oyunçuları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Özlərinə "Qalatasaray könüllüləri" deyən Begüm Özkan və tərəfdarları "rəhbərlikdə bərabərlik", "yuvanı dişi quş qurar" şüarları irəli sürürlər

BAKI, 24 dekabr — Sputnik. "Qalatasaray" klubunda inanılmaz hadisələr baş verir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxalifətdə olan vəkil Begüm Özkan, klub prezidentliyinə namizəd olacaq.

© Photo : KukreyenAslanBegüm Özkan
Begüm Özkan - Sputnik Azərbaycan
Begüm Özkan

Özkan namizədlik üçün tələb olunan 100 imzanı toplayaraq cümə axşamı rəsmi müraciət edəcək. Onu dəstəkləyənlərin siyahısında bir çox məşhur şəxslərin adları var. Özlərinə "Qalatasaray könüllüləri' deyən Begüm Özkan və tərəfdarları "rəhbərlikdə bərabərlik", "yuvanı dişi quş qurar" şüarları irəli sürürlər.

Sarı-qırmızılı klubda ilk dəfə bir qadın prezidentliyə namizəd olacaq. Adnan Polat, Ünal Aysal və Dursun Özbek kimi şəxslərə müxalifətdə olması ilə tanınan Begüm Özkan "kifayətdir, qadınlara söz verin" deyir.

Xəbər lenti
0