CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ən çox qoyulan adlar açıqlanıb - SİYAHI

© AFP 2023 / JONAS EKSTROMERНоворожденный ребенок. Архивное фото
Новорожденный ребенок. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ilə nisbətdə verilmə sayı artan adlardan daha çox diqqəti Damla adı çəkir

BAKI, 23 dekabr — Sputnik. 2017-cı ildə Azərbaycanda körpələrə ən çox hansı adların verildiyi məlum olub.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Statistikaya əsasən, bu il ərzində doğulan körpələrə qoyulan adlar arasında üstünlük yenə Yusif (2839) və Zəhraya (2700) verilib.

Новорожденный, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ötən il körpələrə ən çox bu adlar qoyulub

Doğulan körpələrə verilən adlar arasında Əli (2102), Nuray (2072), Hüseyn (1937), Zeynəb (1620), Məryəm (1619), Ömər (1582), Aylin (1508), Fatimə (1499), Məhəmməd (1423), Uğur (1423), Mələk (1426), Murad (1228), Ayxan (1091), Ayan (1076) adları da üstünlük təşkil edib.

Bundan başqa, uşaqlara ən çox verilən adlar arasında  Xədicə (892), Mədinə (923), Dəniz (1381), Leyla (854), Tunar (845), İbrahim (840), Gülay (730), İnci (731), Ümid (722), Fidan (648), Raul (630), Banu (640), Nilay (501), Əsma (474), Amin (418), Adəm (339) kimi adlar da yer alıb.

Bu il körpələrə Əsnad (248), Sevgi (202), Elif (188), Günəş (178), Nihan (138), Milana (112), Sunay (104), Selin (100), Jasmin (99), İlknur (96), Səmra (85) kimi maraqlı adlar da verilib.

Ötən ilə nisbətdə verilmə sayı artan adlardan daha çox diqqəti Damla adı çəkir. Bu ad ötən il 653, bu il isə 1068 körpəyə qoyulub.

Xəbər lenti
0