CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seçki qutularının ağzı kilidlənəcək

© Sputnik / Shahperi Abbasova112 saylı şəhər seçki dairəsi üzrə referendum
112 saylı şəhər seçki dairəsi üzrə referendum - Sputnik Azərbaycan
Abunə olmaq
Seçki qutuları maddəsinin birinci cümləsində "möhürlənir" sözü "kilidlənir" sözü ilə əvəz edilib

BAKI, 22 dekabr — Sputnik. Seçki Məcəlləsinə ötən həftə bir sıra dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, Seçki Məcəlləsində Müşahidəçilərin hüquq və vəzifələri, Seçki qutuları və Seçki məntəqəsində səslərin hesablanması və digər maddələrə dəyişikliklər edilib.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
"Prezident seçkilərilə bağlı təxribatçı məlumatlar yayılır"

Dəyişikliyə əsasən, 42.2.9-cu maddədə "möhürləndiyi" sözü "kilidləndiyi" sözü ilə əvəz edilib.

Təklif olunan 42.2.9-cu maddədə deyilir ki, seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının kilidləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;.

Mövcud variantda deyilir ki, seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;.

42-ci maddə Müşahidəçilərin hüquq və vəzifələri adlanır.

Digər bir dəyişikliklə 103.4-cü maddənin birinci cümləsində "möhürlənir" sözü "kilidlənir" sözü ilə, ikinci cümləsində "Möhürlər" sözü "Kilidlər" sözü ilə əvəz edilib. Təklif olunan variantda deyilir ki, səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada kilidlənir. Kilidlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

Mövcud variantda isə deyilir ki, səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada möhürlənir. Möhürlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

103-cü maddə Seçki qutuları adlanır.

Digər bir dəyişikliklə 104.5-ci maddədə "möhürləyir" sözü "kilidləyir" sözü ilə əvəz edilib.

Təklif olunan variantda bildirilir ki, seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.

Yanğın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda seçki dairəsi yandı

Mövcud variantda isə deyilir ki, seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.

Digər dəyişikliklə 106.1-ci maddənin beşinci cümləsindən "və zərf" sözləri çıxarılıb, yeddinci cümləsində "möhür və plomblarının" sözləri "kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün)" sözləri ilə əvəz edilib.

Təklif olunan variantda bildirilir ki, seçki bülleteni almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının kilidlərinin (daşınan seçki qutusunda isə həmçinin yarığın üzərindəki möhürün) salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.

Mövcud variantda isə deyilir ki, seçki bülleteni və zərf almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.

106-cı maddə Seçki məntəqəsində səslərin hesablanması adlanır.

Dəyişikliklər Milli Məclisin dekabrın 15-də keçirilən plenar iclasında səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0