20:17 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
CƏMİYYƏT
Qısa URL
96811

Bakı vağzalının 15 dəqiqə işıqsız qalmasının səbəbləri məlum olub

BAKI, 21 dekabr — Sputnik. Dekabrın 20-də Bakı Dəmiryol vağzalı tamamilə elektrik enerjisiz qalıb.

Sputnik Azərbaycan-ın həmin vaxt vağzalda olan əməkdaşının verdiyi məlumata görə, orada bütün işıqlar sönüb. İşığın sönməsi nəticəsində vağzalın işi tamamilə iflic vəziyyətə düşüb. Kassalarda kompüterlər sönüb, bilet satışı dayandırılıb, sərnişinlərin vağzalda hərəkəti çətinləşib.

Bu hadisənin nədən baş verdiyini Sputnik Azərbaycan-a şərh edən "Azərbaycan dəmir yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirovanın sözlərinə görə, hadisə qısaqapanma nəticəsində baş verib.

"Dəmir yolu stansiyasının yarımstansiyasının istifadə edilməyən transformatorunda qısaqapanma baş verib. Baş vermiş hadisənin səbəbkarı transformatorun içinə girən pişik olub. Təəssüf ki, heyvan qapalı kontakt nəticəsində ölüb" — deyə Qədirova bildirib.

ADY-nin sözcüsü hadisədən 15 dəqiqə sonra elektrik enerjisi verilişinin bərpa edildiyini bildirib.

Dəmiryolunda işığın sönməsi səbəbindən ASAN-ın kommunal mərkəzinin xidmət terminallarından da bilet almaq mümkün olmayıb.

Əlaqədar

Dəmir yolu vağzalında bomba axtarışları başa çatdı, nəticə açıqlandı
FHN vağzalda işini yekunlaşdırmaq üzrədir - SON DƏQİQƏ
Bakı vağzalına bomba qoyulması xəbəri yayıldı, əhali təxliyə edildi
Vağzalda qətliam: uşaqları güllələdilər

Əsas mövzular