19:20 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0623
CƏMİYYƏT
Qısa URL
74 0 0

Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub

BAKI, 21 dekabr — Sputnik. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkənin təsərrüfat — içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə apardığı laborator müayinələrin nəticələrini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, Səhiyyə Nazirliyinin RGEM-in baş direktorunun təşkilat məsələləri üzrə müavini Ağaxanım Əliyeva bu gün keçirilən mətbuat konfransında bildirib ki, ölkənin təsərrüfat — içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə RGEM-in laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki-kimyəvi göstəcilərinə görə normaya uyğun olub.

"Su nümunələrində bakterioloji göstəricilərinə görə, standartların tələblərindən kənara çıxma halı 3,7% olub. Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz su təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya-kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub. Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1,1 %-i sanitariya-kimyəvi göstəricilərinə görə, dövlət standartlarının tələblərinə cavab verməyib".

A.Əliyeva bildirib ki, qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri yerində araşdırma apararaq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub.

Əlaqədar

Bakıda "su qiymətinə" maşınlar satışa çıxarılacaq
Prezidentdən su təchizatı ilə bağlı mühüm sərəncam
Binəqədidə evi su basdı, 4 nəfər köməksiz vəziyyətdə qaldı
Brilyant toylarına hazırlaşan ahıl cütlük: biri oddur, biri su
"Sədərək"də qan su yerinə axdı
Teqlər:
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, "Azərsu" ASC, Səhiyyə Nazirliyi, Ağaxanım Əliyeva, Bakı şəhəri

Əsas mövzular