09:47 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
550 0 0

Baş toksikoloq qaraciyər, dalaq və böyrəyində problemləri olan, eləcə də bədəninin müqaviməti az olan adamları ucuz spirtdən uzaq durmağa çağırır

BAKI, 18 dekabr — Sputnik. 2017-ci ilin əvvəlindən etibarən Azərbaycan Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzinin (KTM) Toksikologiya şöbəsinə güclü alkoqol intoksikasiyasının əlamətləri ilə 86 nəfər daxil olub. Bu barədə Sputnik Azərbaycan-a baş toksikoloq Azər Maqsudov məlumat verib.

Stəkanda süd
© Sputnik / Aleksandr Kryazhev

Onun sözlərinə görə, burada söhbət yalnız keyfiyyətsiz alkoqol qəbulu nəticəsində ağır vəziyyətə düşən pasientlərdən gedir. Adətən bahalı spirtli içkilərin qəbulu ilə əlaqədar belə faktlar qeydə alınmır.

Eyni zamanda Respublika Toksikologiya Mərkəzinə hər gün alkoqoldan zəhərlənmə əlamətləri ilə 5-ə yaxın adam daxil olur. Əsasən spirtli içkinin qəbulundan sonra küçədə yatma və donma ehtimalı olan evsiz-eşiksiz adamları gətirirlər. Onlar özlərinə gələndən sonra xəstəxananı tərk etmək istəmirlər. Nəticədə bu, bütün şöbə üçün başağrısına çevrilir ki, bu da artıq tamam başqa mövzunun söhbətidir.

Toksikoloqlar artıq Yeni il bayramına hazırlaşırlar. Maqsudov özünün çoxillik təcrübəsindən çıxış edərək deyir ki, hər il dekabrın 30-dan başlayaraq yanvarın 10-na qədər toksikologiya şöbəsinə davamlı olaraq alkoqoldan zəhərlənən adamları gətirirlər. Buna səbəb keyfiyyətsiz spirt və bədənin buna qarşı müqavimət gücünün olmamasıdır. Məlumdur ki, hər adam yarım litrdən çox araq içə bilmir.

Alkoqol
Роман Денисов/РИА Новости

Yeni il hər bir ailənin faciəsinə səbəb ola bilər. Ona görə də içkiləri seçərkən ehtiyatlı olmaq lazımdır.

Maqsudov gündə 150-200 qramdan artıq spirtli içki içməyi məsləhət görmür. Artıq doza ölümcül nəticələrə gətirib çıxara bilər. Xüsusilə də qaraciyərində, dalaq və böyrəyində problem olan adamlar üçün.

Belə hesab olunur ki, Azərbaycanda keyfiyyətsiz və xalq arasında deyildiyi kimi "yanmış" alkoqol yoxdur. Amma bu, sadəcə ümumi qəbul olunmuş fikirdir. Xəstəxanalara tez-tez ucuz spirtli içki həvəskarları gətirilir. Misal üçün, ötən həftənin dördüncü günü xəstəxanaya koma vəziyyətinə düşmüş Tovuz rayon Cəlilli kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərov Xaqani Kavış oğlu gətirilib.

Kişi alkoqolun qəbulundan sonra huşunu itirib. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirirlər.

Bununla yanaşı, AR Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, sahibkarlar 2020-ci ilə qədər yoxlamadan azad olunduqları üçün içkidən zəhərlənmə faktının araşdırılması üçün heç bir yoxlama aparılmır.

Təcili tibbi yardım, arxiv şəkli
© Sputnik / Murad Orujov

Nəticədə, hələ də bu suallar açıq qalır: "Cəfərov nə içmişdi?" və "Digər zərərçəkənlər ola bilərmi?"

Bu qəbildən olan zəhərlənmələrə görə təkcə istehsalçılar deyil, elə istehlakçılar özləri də günahkardır. Maqsudovun sözlərinə görə, elə hallar olur ki, bəzən apteklərdən xaricə istifadə üçün nəzərdə tutulan texniki tibbi spirt alırlar və onu içirlər. O, daha ucuz başa gəlir və iyi də oxşardır. 2017-ci ildə metil spirtindən zəhərlənən iki kişi xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən onların səhhətində ağırlaşma baş verməyib.

"Onlardan hansınınsa tanışı laboratoriyada işləyirmiş və onlara bir flakon spirt verib. Sən demə, metil spirti imiş. Kişilər sərxoş olublar və spirti qarışıq salıblar. Xoşbəxtlikdən alkoqol ölümcül zəhərli metanol əleyhinə zərdab olub. Ona görə də onlar həkimə gələnə qədər özləri özlərini xilas ediblər" – deyə toksikoloq bildirib.

Əlaqədar

Spirtli içkilərin yeni fəsadları aşkarlanıb
Spirtli içkidən zəhərləndi
Spirtli içki və siqaretlərlə bağlı mühüm xəbər
Siqaret və spirtli içkilər bahalaşıb
Azərbaycanda ən çox spirtli içki bu rayonda içilir
Teqlər:
baş toksikoloq Azər Maqsudov, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsi, alkoqol, Səhiyyə Nazirliyi, zəhərlənmə, keyfiyyət

Əsas mövzular