18:26 16 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
477 0 0

Yaşlı qadını qarət edən və zorlayan İmişli sakinləri 149-cu maddənin onlara şamil edilməsini istəmirlər

BAKI, 20 dekabr — Sputnik. Ağır cinayətlərdə günahlandırılan İmişli rayon sakinləri Xalid İbrahimov və Asim Cəfərov onların üzərindən AR Cinayət Məcəlləsinin 149-cu maddəsini (zorlama) götürməyi tələb ediblər.

Zorlama faktı
© Sputnik / Murad Orujov

Bu barədə Sputnik Azərbaycan-a İmişli rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, dekabrın 19-da müvəqqəti saxlama təcridxanasında İbrahimov və Cəfərov özlərinə ülgüclə xəsarət yetiriblər. Polis onların özlərinə ciddi xəsarət yetirmələrinə mane olub. Əvvəllər dəfələrlə məhkum olmuş İbrahimov özünə daha ciddi xəsarət yetirib. Ona sol qolunun said hissəsinin və ön qarının kəsilmiş, daxilə nüfuz etməyən yarası diaqnozu ilə cərrahiyə tikişi qoyulub. Cəfərova isə sol qolun kəsilmiş xəsarətləri ilə tibbi yardım göstərilib.

Həkimlər onların yaralarının ciddi olmadığını qeyd ediblər. Hər iki şəxs tibbi yardım alandan sonra təcridxanaya qaytarılıb.

Məhkumlar ittiham olunduqları maddələrə etiraz əlaməti olaraq özlərinə xəsarət yetiriblər.

İmişli rayon prokurorluğu saxlanılmış şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 149-cu (zorlama) və 150-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə cinayət işi açıb.

Onlar beş ay bundan əvvəl saxlanılıblar. İbrahimov və Cəfərov 59 yaşlı qadına öz mənzilində hücum etməkdə günahlandırılırlar. Saxlanılan şəxslər öz qurbanlarını qarət etməklə yanaşı onu bir neçə dəfə zorlayıblar.

"Qadını zorlayanda qəhrəman idilər. Bəs "döyüşçü ruhu" hara gedib? Onların üzərindən maddəni götürmək alınmayacaq. Məhkəmə-tibbi ekspertizası hadisə yerinə baxış keçirib. Zərərçəkmişin üzərindən saxlanılan şəxslərin sperma izləri tapılıb. Odur ki, boşuna cəhd edirlər. Onlar sadəcə, zorlama maddəsi ilə həbs olunanları həbsxanada nə gözlədiyini bilirlər. Bunu əvvəllər dəfələrlə həbsə düşmüş İbrahimov xüsusilə bilir. Yeri gəlmişkən, cinayətin təşkilatçısı o olub. Məhz o, gənc ortağını zorlamaya cəlb edib" – deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Cəfərov dekabrın 19-da anası ilə görüş tələb edib. Ağlayaraq yalvarıb ki, onu həbsdən qurtarsınlar, yoxsa orada onu zorlayacaqlar.

Ötən gün İmişli rayon Prokurorluğunda istintaq başa çatıb. Cinayət işi məhkəməyə göndərilib.

Qeyd edək ki, adıçəkilən şəxslər kimsəsiz, yaşlı qadının evinə daxil olaraq onu zorlamaqda və evdən oğurluq etməkdə təqsirləndirilirlər. İyulun 28-də İmişli şəhəri, Şıxlinski küçəsindəki evdə tək yaşayan, ailə həyatı qurmayan yaşlı qadının evinə daxil olan 3 nəfər maskalı şəxs qadının əl-qolunu bağlayaraq onu zorlayıblar.

Evə daxil olan şəxslər mənzildən 1000 manat pul və qızılı-zinət əşyaları oğurlayaraq qaçıblar. Hadisə ilə bağlı cinayət işi açılıb. Bir qədər əvvəl həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakinləri — 1990-cı il təvəllüdlü İbrahimov Xalid Mehdi oğlu, 1992-ci il təvəllüdlü Cəfərov Asim Şakir oğlu və 1980-ci il təvəllüdlü Fərzəliyev Eyvaz Nadir oğlu polis tərəfindən saxlanılıb.

Keçirilmiş məhkəmə tibbi ekspertizanın nəticələrinə əsasən, yaşlı qadının həmin şəxslər tərəfindən zorlandığı təsdiqini tapıb. Saxlanılan şəxslər ilkin ifadələrində qadını zorladıqlarını etiraf ediblər.

Əlaqədar

Ər-arvad-sevgili cinayətinin təfərrüatı üzə çıxdı
Azərbaycanlı aktyor ağır cinayət törədib
Narkotikə görə ələ keçdi, başqa cinayəti də üzə çıxdı
Ağır cinayətin üstü isti izlərlə açıldı
Salyandakı dəhşətli cinayətlə bağlı yeni məqam: başdaşına...
Teqlər:
imdad, zorlama, qarət, İmişli rayonu, Cinayət Məcəlləsi, qadın

Əsas mövzular