13:58 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
424920

Vətəndaşlar apardıqları pul və ya qızıl-zinət əşyaları haqqında şifahi xəbərdarlıq etməlidirlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 20 dekabr — Sputnik. "Özümə saytlardan birindən mobil telefon sifariş etmək istəyirdim. Amma dostlarım dedi ki, telefonu bizim gömrükdə buraxmırlar".

Bu sözləri Sputnik Azərbaycan əməkdaşı ilə söhbətində Zaur Abdullayev adlı vətəndaş deyib. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin saytında ölkəyə telefon buraxılmaması ilə bağlı heç bir müddəa yoxdur.

"Qorxuram ki, sifariş edərəm, ölkəyə buraxmazlar. Qiyməti 500 dollardır. Ödəniş də bank kartından nağd şəkildə çıxarılır. Məhsul mənə çatmadığı təqdirdə onlayn mağazaya şikayət etməyim, pulu geri ala bilməyim isə uzun və cansıxıcı proses olduğu üçün belə bir riskə getmək istəmirəm" — deyə Z.Abdulov bildirib.

Məsələni Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Tağı Hüseynovun dediyinə görə, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan bir sıra məhsullar güzəştli qaydada, yəni gömrük ödənişləri edilmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilə bilər.

"Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində, ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar, poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar gömrük rüsumu ödənilmədən sərhəddən keçirilə bilər" — T.Hüseynov əlavə deyib.

Hüquqşünas bildirib ki, vətəndaşlar özləri ilə sərhəddən, məbləği 1500 dollara qədər olan qiymətli daş, qızıl zinət əşyaları və 10000 dollara qədər pul apara bilərlər: "Amma aparılan vəsait və ya qızıl daş-qaş göstərilən rəqəmdən artıqdırsa, bu barədə bəyannamədə qeyd olunmalıdır. Vətəndaşlar apardıqları pul və ya qızıl-zinət əşyaları haqqında şifahi xəbərdarlıq etməlidirlər".

Tağı Hüseynov, həmçinin qeyd edib ki, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10000 ABŞ dolları ekvivalenti məbləğindən 50000 ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanın əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Əlaqədar

Ucuzlaşma olacaq: Bu mallara gömrük rüsumu ləğv edilir
Gömrükdə hamını heyrətləndirən hadisə baş verdi
Azərbaycan gömrüyündən gizlicə keçə bilmədi
Gömrükdən telefon keçirmək istəyən arzusuna çatmadı
Gömrükdə inanılmaz əməliyyat: 2,2 milyon manatlıq siqaret tutuldu
Azərbaycan gömrüyündə ciddi dəyişikliklər gözlənilir
Gömrükdə aşkarlanan şübhəli qutunun içərisindən "zombi həbləri" çıxdı
Kərə yağı niyə bahadır - gömrükdən açıqlama
Teqlər:
Zaur Abdullayev, mobil telefon, Tağı Hüseynov, sifariş, hüquqşünas, Sputnik Azərbaycan, gömrük, rüsum, Azərbaycan Respublikası

Əsas mövzular