CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cənub bölgəsində məhsul bolluğu bayramı

© Sputnik / Rahim MuradovLənkəranda çay, çəltik və sitrus meyvələri festivalı
Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı - Sputnik Azərbaycan
Abunə olmaq
Bu festival əslində bütün sahələri əhatə edən məhsul bolluğu bayramı xarakteri daşıyır

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 19 dekabr — Sputnik. Bu gün Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı keçirildi.

Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi məlumata əsasən, Lənkəran şəhərinin mərkəzində H.Əliyev adına Xatirə Parkında təşkil edilən festivalda 4 böyük pavilyon və 100-ə yaxın stend qurulmuşdu. Bu tədbir "Çay, çəltik, sitrus festivalı" adlandırılsa da, əslində bütün sahələri əhatə edən məhsul bolluğu bayramı xarakterini daşıyırdı. 

© Sputnik / Rahim MuradovLənkəranda çay, çəltik və sitrus meyvələri festivalı
Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı - Sputnik Azərbaycan
1/3
Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı
© Sputnik / Rahim MuradovLənkəranda çay, çəltik və sitrus meyvələri festivalı
Lənkəranda çay, çəltik və sitrus meyvələri festivalı - Sputnik Azərbaycan
2/3

3/3

Festivalda Lənkəranda və Astarada fəaliyyət göstərən çay istehsal edən şirkətlərin məhsulları, Lənkəran və Astarada yetişdirilən növbənöv düyü sortları və onlardan bişirilmiş plovlar, talış mətbəxini əhatə edən dadlı yeməklər, yerli fabriklərin istehsal etdikləri müxtəlif meyvə şirələri və kompotlar sərgilənib. Bundan əlavə, rayon ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin nümayəndələri festival iştirakçıları üçün öz süfrələrini açaraq gələn qonaqlara təqdim ediblər. Festivalda sərgilənən məhsullara baxış keçirmək üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkilləri Hadı Rəcəbli və Rüfət Quliyev və digər şəxslər də mərkəzi meydana gəliblər.

Bildirək ki, Lənkəranda Məhsul bayramı ənənəsi hələ ötən əsrin 70-80-ci illərindən olub və respublika səviyyəsində ilk dəfə Məhsul bayramı keçirilib. Qeyd edək ki, "Çay, çəltik, sitrus festivalı" axşam saatlarında respublikanın tanınmış incəsənət ustalarının ifasında böyük bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Xəbər lenti
0