05:25 21 Fevral 2018
Canlı yayım
Eldar Mahmudov

Dairə qapanır: Eldar Mahmudov həbs ediləcək?

© AZƏRTAC
CƏMİYYƏT
Qısa URL
136 0 0

Keçmiş naziri ölkədən pul çıxardığına görə həbs edəcəklər

BAKI, 18 dekabr — Sputnik. Son günlər ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun tez-tez dindirilməsi onun həbs ediləcəyi gözləntilərini artırır. Sputnik Azərbaycan ölke.az-a istinadla xəbər verir ki, sabiq nazirin Akif Çovdarovla üzləşdirilməsi də yayılan xəbərlar arasındadır. Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxarılması ilə bağlı sorğu-sual edildiyi də gələn xəbərlər arasındadır.

Keçmiş MTN polkovniki İlham İsmayıl Eldar Mahmudovun barəsində yayılan xəbərlər və həbsinin gözlənilməsi haqqında danışaraq deyib ki, ittihamların hamısı ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlıdır.

"Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudovun Akif Çovdarovla üzləşdiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır" – deyə İlham İsmayıl bildirib.

Əvvəllər Eldar Mahmudovun tutulmayacağı barədə açıqlamalar verdiyini deyən İlahm İsmayıl qeyd edib ki, artıq bu fikirdən daşınıb. O, hesab edir ki, Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər.

Əlaqədar

Eldar Mahmudova yenə ifadə verib – FOTO
Eldar Mahmudov yenidən Baş Prokurorluğa çağırıldı
Eldar Mahmudov həbs oluna bilər
Eldar Mahmudov Baş Prokurorluğa çağrıldı
Eldar Mahmudovun əmisi oğlu azadlığa buraxıldı
Teqlər:
dindirilmə, mənimsəmə, İlham İsmayıl, Eldar Mahmudov, MTN, cinayət işi, həbs

Əsas mövzular